“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ağ Ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb - SƏBƏB

Tarix 30.05.20, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.

Azərtac Çin KİV-lərinə istinadla xəbər verir ki, Ağ Evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxslər ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3-3,5 min çinli tələbəyə şamil ediləcəyi güman olunur.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bildirib ki, bu cür davranış iki ölkə arasında mədəni münasibətlərə zərər vura bilər. O, ABŞ tərəfini çinli tələbələrə qarşı hər hansı məhdudiyyət tətbiq etməyi dayandırmağa çağırıb.

Çin tərəfi ABŞ-ın ali təhsil ocaqlarının da bu qərara qarşı çıxacağına ümid edir. Qeyri-rəsmi məlumata əsasən, hazırda Birləşmiş Ştatlarda ildə təxminən 360 min çinli təhsil alır ki, onların ümumi xərcləri 14 milyard ABŞ dollarından çoxdur.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) böhranı dövründə tərəflər arasında münasibətlərdə soyuqluq daha da çoxalıb.



Xəbərin oxunma sayı : 259




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap