Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

ABŞ-Çin gərginliyi dolları “vurur” – Dünya bazarlarında böyük həyəcan

Tarix 29.05.20, 19:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-la Çin arasında artan gərginlik fonunda du gün dollar indeksi olan ICE 98 bəndə qədər azalıb. “Trading Economics”in yazdığına görə, bu, dolların məzənnəsində martın 15-dən bəri ən ciddi azalmadır.

ABŞ dollarının 6 xarici valyutaya(avro, İsveçrə frankı, Çin yeni, Kanada dolları, Böyük Britaniya funtsterlinqi və İsveç kronu) nəzərən məzənnəsini müəyyənləşdirən indikator Bakə vaxtı ilə saat 17.20-də 98,19 bəndə qədər azalıb.

Qeyd edək ki, hazırda bütün dünyada xammal, qiymətli kağızlar və valyuta bazarlarının diqqəti dünyanın iki nəhəng iqtisadiyyatı arasında getdikcə gərginləşən münasibətlərdədir. Honqkonqda xüsusi milli təhlükəsizlik qanunu hazırlamaq qərarı verən Çinin bu addımı ABŞ tərəfindən kəskin etirazla qarşılanıb. Ağ Evin iqtisadi məsləhətçisi Larri kadlou bu addımı Çinin “böyük səhvi” kimi qiymətləndirib. Prezident Donald Tramp isə Çinlə bağlı atılacaq addımları bu gün açıqlayacağını bəyan edib. Treyderlər Çin mallarına qarşı əlavə vergilərin yenidən bərpa olunacağından ehtiyatlanırlar. Bu isə ABŞ-ın həm də artıq Çin ərazisi hesab olunan Honqkonqla əlaqələri kəsməsi demək olacaq ki, bu addımın bazarlada böyük itkilərə gətirəcəyi gözlənilir.

Musavat.com



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap