“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ “Taliban”ı göy üzünə həsrət qoymaq niyyətindədir: 500-dən artıq əfqan pilotu Özbəkistandan çıxaracaq

Tarix 12.09.21, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


“Amerika Birləşmiş Ştatları Özbəkistanla razılığa gəlib və bu razılığa əsasən, bu ölkəyə ölkəyə sığınan Əfqanıstan Hərbi Hava Qüvvələrinin bir qrup pilotu ailələri ilə birlikdə Amerika hərbi bazasına köçürüləcək”.

Ovqat.com xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” qəzeti etibarlı mənbəyə istinadən bu məlumatı yayıb.

Mənbənin sözlərinə görə, söhbət “Taliban”ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri və vertolyotlarla Özbəkistana qaçan pilotlardan gedir. Qeyd olunur ki, “Taliban” Əfqanıstanı tərk edən pilotların ekstradisiyası üçün Özbəkistan hakimiyyətinə təzyiq göstərir.

““Taliban” tərəfindən bütün məmurlara və hərbçilərə amnistiya vəd edilməsinə baxmayaraq, Əfqanıstandan qaçan pilotlar buna inanmır, geri qayıdacaqları təqdirdə özlərinin və ailələrinin təhlükəsizliklərindən əmin deyillər. Ümumilikdə Özbəkistanda 585 əfqan pilot, ekipaj üzvü və onların yaxınları var. Bu adamların ABŞ-ın Dohadakı hərbi bazasına uçacağı gözlənilir, lakin ordan ABŞ-a və ya başqa bir yerə gedib-getməyəcəkləri hələ məlum deyil”, - “Wall Street Journal” yazır.

Xəbərdə bildirilir ki, Özbəkistana daha əvvəl də sığınan 46 hərbi təyyarə və helikopter olub, amma onların sonrakı taleyi qaranlıq qalır. İddiaya görə, “Taliban”ın təyyarələri Əfqanıstana qaytarmaq çağırışına Özbəkistan müsbət cavab verə bilmir. Çünki belə bir addımın ABŞ -ın güclü müqavimətinə yol açacağından çəkinir.

Taliban pilotları uçmaq sənətinin sirlərinə yiyələnirlər – yelləncəkdə.

Nəşr qeyd edir ki, “Taliban” nümayəndəsi Süheyl Şahin Özbəkistana qaçan əfqan pilotlarının geri qaytarılmasının vacibliyinə toxunaraq deyib: "Bu pilotların ölkələrinə qayıtması lazımdır, Əfqanıstanın onlara ehtiyacı var".



Xəbərin oxunma sayı : 862




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap