Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı - SİYAHI

Tarix 23.03.24, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


AFFA Prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.

AzFakt.com milli assosiasiyanın saytına istinadən xəbər verir ki, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq.

AFFA prezidentliyinə namizəd

1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən

AFFA İcraiyyə Komitəsinə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən



Xəbərin oxunma sayı : 922




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap