“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Almaniyanın ötənilki dövlət büdcəsində qalıq yaranıb - 14 milyard avro

Tarix 15.01.20, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ildə Almaniyanın dövlət büdcəsinin gəlirləri 357,1 milyard avro, xərcləri isə 343,6 milyard avro təşkil edib. Son nəticədə büdcədə rekord məbləğdə - 13,5 milyard avro qalıq yaranıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Məlumata görə, bununla da, büdcənin qalıq vəsaitlərinin ümumi məbləği 48 milyard avroya çatıb ki, bunun da 17,5 milyard avroluq hissəsinin necə xərclənəcəyi hələ planlaşdırılmayıb.

"İndi Almaniyada daha çox investisiya qoymaq imkanımız var. İnfrastruktur, təhsil, səhiyyə, iqlim dəyişikliyi qarşı mübarizə və ölkənin bütün bölgələrinə bərabər səviyyədə investisiya yatırmaq barədə müzakirələr aparılır", - maliyyə naziri Olaf Şholz bildirib.

Rekord büdcə qalığına səbəb kimi ölkədə faiz dərəcələrinin aşağı olması, vergi yığımlarının proqnozu 3,5 milyard avro üstələməsi və Böyük Britaniyanın Avropa İttifaqının tərk etməsi ("Brexit") prosesinin ötən il başa çatmaması göstərilir. 



Xəbərin oxunma sayı : 655




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap