![]() |
|














Amerikanın İrana nüvə zərbəsi endirmək planı hazırdır:hücum bəhanəsini kim təşkil edəcək? - Araşdırma
Tarix 01.07.19, 18:14 |
|

Vladimir Vasilyev
regnum.ru, 30.06.2019
ABŞ hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə silahı işlətməyi mümkün sayır. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər.
ABŞ prezidenti Donald Tramp 2019-cu il iyunun 24-də İranın Ali başçısı ayətullah Əli Xamnəini “düşmən davranışı”nda ittiham edib və öz sərəncamı ilə ona və İslam İnqilabı Keşikçiləri Korpusunun səkkiz yüksəkrütbəli zabitinə qarşı sanksiya qoyub. Bu, ayətullah Əili Xamnəiyə münasibətdə ilk dəfə tətbiq olunub.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Amerika liderinin bu addımını əlüstü şərh edib: “Amerika administrasiyası ağıldan kəmdir. ABŞ göstərib ki, dialoqa hazır olmaq bəyanı yalandır. Tehranın strateji səbri var, biz qorxmuruq”.
Bu bəyanat Ağ Evdə güclü qıcıq doğurub və milli ruhu, siyasi və dini institutları baxımından Birləşmiş Ştatların başqa xalqlar arasında özəl yer tutduğuna dair Amerikanın müstəsnalığı dünyagörüşündə tərbiyə edilən ABŞ hərbi-siyasi başçıları tərəfindən çox mənfi qarşılanıb. Donald Tramp iyunun 25-də öz Twitter-ində Həsən Ruhaninin ifadəsinə şəxsən reaksiya verib. O qeyd edib ki, təəssüf ki, İran rəhbərliyi yalnız gücü və qüvvəni anlayır və “ABŞ bu gün dünyada təkcə son iki ildə 1,5 trilyon dollar yatırılan ən qüdrətli hərbi gücdür”.
Tramp növbəti tvitində yazıb ki, heç bir səbəbsiz əziyyət çəkən, halbuki başçılarının bütün pulları terrora sərf etdiyi İran xalqına yazığı gəlir. O habelə vurğulayıb ki, Birləşmiş Ştatalar “İranın 2000 amerikalını öldürən və bir çox başqalarını yaralayan əldəqayırma partladıcı qurğulardan istifadə etdiyini unutmayıb”.
Amma bu mövzuda ən önəmlisi ABŞ prezidentinin üçüncü məlumatında ifadə olunub. Tam sitat sıradakıdır: “İranın bu gün verilən olduqca cahil və təhqirli bəyanatı yalnız bunu göstərir ki, onlar mətləblərin gerçək durumunu anlamırlar. İranın Amerikaya aid nəyəsə istənilən hücumu böyük və üstün qüvvə ilə qarşılanacaq, “üstün qüvvə” bəzi bölgələrdə məhv edilməyi bildirəcək. Daha nə Con Kerri, nə də Obama olacaq!”
Güman etməyə bütün əsaslar var ki, ABŞ prezidenti üçüncü tvitdə nüvə basqını vasitələrindən yararlanmaqla İrana zərbə haqqında danışıb.
Qeyd edilməlidir ki, bunu İranda yaxşı anlayıblar. İran XİN başçısı Məhəmməd Cavad Zərif iyunun 26-da CNN müxbirinin Donald Tramp tərəfindən hədələr haqda sualını cavablandırıb: “Bu bəyanat xəbər verir ki, ABŞ-ın niyyətləri qanunsuzdur, ABŞ o durumda deyil ki, İranı məhv etsin, onun yasaqlanmış silahdan istifadə etməkdən başqa imkanı yoxdur”.
2017-ci il fevralın 2-də ABŞ-ın indiki prezidenti tərəfindən yeni nüvə doktrinası haqda sənəd hazırlamaq göstərişi verilib. Bu, 2018-ci il fevralın 2-də dərc olunub. Yeri gəlmişkən, əvvəlki oxşar sənəd 2010-cu ildə prezident Barak Obama dönəmində bəyənilib.
Həmin sənədə əsasən, “ABŞ, müttfəqilərimiz və tərəfdaşlarımız üçün mümkün cüzi itkilərlə və maksimal əlverişli şərtlərlə istənilən münaqişəyə son qoymaq”dan ötrü Birləşmiş Ştatların nüvə silahı işlətməyi mümkündür.
Doktrinada deyilir ki, Birləşmiş Ştatlar özünə, müttəfiqlərinə və tərəfdaşlarına qarşı təcavüzün nüvə silahı işlətməklə və yaxud işlətmədən qoyulan məqsədlərə çatmaması üçün çevik nüvə qüvvə və vasitələrinin geniş diapazonunu dəstəkləyəcək. Beləliklə, ABŞ-ın özünə, müttəfiqlərinə və tərəfdaşlarına hətta qeyri-nüvə zərbəsinin cavabında nüvə silahı tətbiq etmək imkanından birbaşa danışılır.
ABŞ-ın nüvə doktrinasında habelə qeyd olunub ki, İran uyğun qərar qəbul edildiyi andan bəri nüvə silahı yaratmaq üçün gərəkli potensial və texniki imkanların önəmli bölümünü bir il boyunca saxlayıb. Yeri gəlmişkən, Donald Tramp və ABŞ-ın başqa rəsmiləri dəfələrlə bildiriblər ki, Tehranın nüvə silahı yaratmasına heç vaxt imkan verməzlər.
ABŞ-ın yeni nüvə doktrinası qeyri-strateji nüvə qüvvələri və vasitələrinin yardımı ilə qabaqlamağın effektivliyini yüksəltməyi nəzərdə tutur və “bölgə miqyasında təcavüzü önləmək bacarığını saxlamaq” üçün gücü zəif nüvə silahı işlətmək imkanına yol verir.
Ekspertlərin fikrincə, ABŞ tərəfindən nüvə cəbbəxanası olmayan ölkələrə qarşı gücü zəif nüvə döyüş sursatları tətbiq edilə bilər, çünki Rusiya və Birləşmiş Ştatlar arasında heç bir məhdud savaş ola bilməz. Pentaqonda məhəlli münaqişələr çərçivəsində gücü zəiflədilmiş nüvə döyüş sursatlarının yüksəkdəqiqlikli sistemlərlə uyğunluqda qeyri-nüvə dövlətlərinə qarşı tuşlamaq imkanlarını ciddi müzakirə edirlər.
Amerika Alimləri Federasiyasının məlumatına görə, indiki anda ABŞ cəbbəxanasında 1000-dən çox gücü zəif nüvə döyüş başlığı var. Güc 20 kilotona bərabər və ya az olanda zəif sayılır.
ABŞ-ın nüvə doktrinasına uyğun olaraq ən yeni gücü zəif nüvə döyüş sursatının inkişaf etdirilməsi artıq gedir. Bu, sualtı qayıqların ballistik raketlərində, dəniz bazalı qanadlı raaketlərdə və B-61 tipli aviabombalarda yerləşdiriləcək.
Açıq əlyetən məlumatlara görə, ABŞ HDQ W76-2 nüvə döyüş başlıqlarının ilk partiyasını 2019-cu il sentyabrın 30-adək almalıdır. Döyüş başlığı “Ohayo” sinifli sualtı qayıqların istifadə etdiyi “Trident II” ballistik raketlərində qurulacaq. Döyüş başlığının gücü trotil ekvivalentində 5-6 kiloton dəyərləndirilir.
Təkmilləşdirilmiş B61-12 nüvə aviabombası 2020-ci ilə doğru ABŞ SQ-nin silahlanmasına daxil olmalıdır. Güc seçiminə görə onun dörd variantı var: 0,3, 5, 10 və 50 kiloton. B61-12 öz sələflərindən – B61-3, B61-4, B61-7 və B61-10 bombalarından üç qat daha dəqiqdir. Yeni döyüş sursatının yönəldilən quyruq hissəsi öz hədəfinə planlaşdırılmaqla düşmənin HHM zonasına girmədən tapşırığı yerinə yetirmək imkanı verir.
İrana qarşı nüvə vasitələri basqısının mümkün tətbiqi məsələsi incələndiyi zaman Donald Trampın şəxsi səciyyələrini də nəzərə almaq gərəkdir. Bu adam prezident postuna biznesdən gəlib və Pareto qanunu – “20% cəhdin 80% nəticə verdiyi” effektivlik prinsipi ona yaxşı bəllidir.
20/80 yanaşmasını Amerika prezidentinin iyunun 26-da İranla mümkün savaş haqqında “Fox Business” telekanalına cavabı da təsdiqləyir: “Ümidvaram ki, xeyr. Amma nəsə baş verərsə, biz olduqca üstün durumdayıq. Mən yerüstü əməliyyatdan danışmıram, mən demirəm ki, bir milyon əsgər göndərərik. Sadəcə, deyirəm ki, nəsə olsa, çox vaxt aparmaz”.
Yaranmış gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi qruplaşmasını azca artırmaq da bu strategiyaya sığışır.
Bu qayda ilə tam aydındır ki, ABŞ-ın hərbi-siyasi rəhbərliyi İrana zərbə zamanı gücü zəif nüvə basqısı vasitələrinin tətbiqinə yol verir. Tehranın nüvə kompleksinin və raket proqramının obyektləri nüvə basqını vasitələrinin hədəfi kimi müəyyən edilə bilər. Bunun üçün gərəkən hər şey var: qanunvericilik bazası, gücü zəif nüvə döyüş sursatı, habelə ABŞ prezidenti Donald Trampın müəyyən şəraitdə belə bir addım atmağa psixoloji hazırlığı.
Lazım olan yeganə şey uyğun durumdur, belə ki, İranın hərəkətinə cavab zərbəsi vurmaq son dərəcə daha üstündür. Burada silahlı münaqişənin əsas mənfəətdarları İsrail və Səudiyyə Ərəbistanı da, ABŞ-ın İranla böhranı hərbi yollarla həll etməkdə maraqlı olan siyasi və hərbi isteblişlmentinin bir hissəsi də təxribatın təşkilinə yardım edə bilər.
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 337
Analiz
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV