Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Atambayev daha iki cinayət işində ittiham olunur – Keçmiş prezidentin vəkilindən açıqlama

Tarix 15.08.19, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Keçən həftə həbs olunan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev daha iki cinayət işində ittiham olunur.

Bu haqda onun vəkili Serqey Slesarov mətbuata deyib.

“Atambayevə qarşı iki torpaq sahəsi ilə bağlı qeyri-qanuni şəkildə əməliyyatlar aparmaq ittihamı ilə yeni cinayət işi açılıb” – deyə vəkil bildirir.

Vəkilin sözlərinə görə adıçəkilən fakt üzrə iki ayrı istintaq qrupu da yaradılıb.

Serqey Slesarovun sözlərinə görə, Atambayev prezidentliyi dövründə Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi və paytaxt Bişkekdə Forum binasının özəlləşdirilməsi zamanı korrupsiyada ittiham olunur.

Slesarovun sözlərinə görə, Atambaev Hərbi Prokurorluğun yeni ittihamların etirafı üzrə sənədlərini imzalamaqdan imtina edib.

Xatırladaq ki, Qırğızıstan hakimiyyəti keçmiş prezident Almazbek Atambayevə yeni ittihamlar irəli sürüb. O, ötən həftə – evinə polis basqınından sonra həbs olunub.

Baş Prokurorluqdan Zamir Beishekeev avqustun 13-də deyib ki, Atambaev hakimiyyət təmsilçisinə qarşı zorakılıqdan istifadədə, kütləvi iğtişaşın təşkilində, adamöldürmə cəhdini planlaşdırmaqda, digər ittihamlarda suçlanır.

Bişkekdə keçirilən eyni mətbuat konfransında Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbaev keçmiş prezidenti dövlət çevrilişi planlaşdırmaqda suçlayıb. (abzas.net)




Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap