“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Atasının evinə buraxılmadı, qapısında yatdı - Milyonçu qızının faciəsi

Tarix 05.05.24, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com lent.az-a istinadən Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın həyatından bir xatirəni təqdim edir:

Bir dəfə Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Lakin onu muzeyə buraxmırlar. Çox təkid etsə də, rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb kimi isə Sara xanımın "ruhi xəstə” olduğu bildirilir. 

1990-cı illərdə söhbət zamanı bu hadisəni çox böyük təəssüflə xatırlayıb: "Azərbaycan Tarix Muzeyi atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa, o xoş günlərimi, ata-analı anlarımı "yaşayım”. Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub). Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox fani dünyadır".

Sara Tağıyeva 1899-cu il may ayının 20-də hazırda Tarix müzeyi olan, atasının evində dünyaya gəlmişdi. Atasi Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənmişdi. İlk evliliyi Buzovna kəndində doğulmuş və orada yaşamış Zeynəb xanımla olmuşdu. Zeynəb xanımın vəfatından bir neçə il sonra Zeynalabdin Tağıyev general Ərəblinin qızı Sona xanımla ailə həyatı qurmuşdu. Hacı Zeynalabdinin Sona xanımdan olan digər övladları kimi Sara xanım da çox savadlı, ziyalı biri idi.

Sara xanım atasının təməlini qoyduğu Qızlar Məktəbini bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Onun universiteti bitirməsi ilə yanaşı, özünün ve ailəsinin firavan həyatına da son qoyulub.

Sara xanım əvvəlcə kitabxanada işləyir, sonra isə zavodda çilingər köməkçisi....

Orada Nikolay Sarayev adlı bir şəxs Saraya vurulur ve ailə qururlar. İkinci Dünya Müharibəsinə yollanan Nikolayın tez bir zamanda ölüm xəbəri gəlir. Sara 2 övladı ilə Bakıya qayıdır.

O, Bakıda qalmağa yer tapa bilmir. Nəticədə, övladlarını uşaqlar evinə verir. Sara xanıma min əziyyətdən sonra öz atasının köhnə evi - hərbi hospitalın qapısının ağzında yatmağa icazə verirlər.

1991-ci ildə dekabrın 15-də dünyasını dəyişir. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən - indiki Tarix Muzeyindən qaldırılıb.



Xəbərin oxunma sayı : 1009




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap