Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Avropa İttifaqından Belarusa qarşı yeni sanksiyalar – Vizasız səfər rejimi danışıqları dayandırılır

Tarix 20.11.20, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyası Avropa İttifaqına Belarusla əməkdaşlığı məhdudlaşdırmağı tövsiyə edib. Söhbət ilk növbədə ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıqdan gedir.

Bununla belə, Komissiya vətəndaş cəmiyyəti vəətraf mühitim mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırır.

Avropa Komissiyası noyabrın 19-da İttifaqla Belarus arasında münasibətlərin təhlili barədə icmalı blokun 27 üzvünə göndərib.

Belarusda 9 avqust prezident seçkisindən sonra Minsklə Avropa İttifaqı arasında münasibətlər kəskin pisləşib.

Bu seçkidə ölkəyə 26 il rəhbərlik etmiş Aleksandr Lukaşenko 6-cı dəfə qalib elan edildikdən sonra Belarus boyunca kütləvi etiraz aksiyaları başlanıb. Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını bildirir.

Avropa İttifaqı və ABŞ bu seçkinin nəticələrini və Lukaşenkonun legitimliyini tanımadığını bildirib. Belarusda keçirilən kütləvi aksiyalarda indiyədək minlərlə fəal saxlanıb, polis dinc nümayişçilərə qarşı sərt zorakılığa əl atıb. Avropa İttifaqı, ABŞ və bir sıra başqa ölkələr buna görə Lukaşenko və onun oğlu da daxil Belarus rəsmiləri üzərinə sanksiyalar elan edib.

Noyabrın 19-da Avropa İttifaqı öləkələrinin xarici işlər nazirləri Belarus üzərinə sanksiyalara bu ölkənin bizneslərini də daxil etmək barədə qərar qəbul ediblər. Sözü gedən rəsmi sənəd isə xarici işlər nazirlərinin dekabrın 7-də keçiriləcək iclasında qəbul edilməlidir.

Sənəddə Belarusun dövlət şirkətləri iləəməkdaşlığın məhdudlaşdırılması tövsiyə olunur. İstisnalar yalnız Avropa İttifaqının maraqları olan sahələrə – məsələn nüvə təhlükəsizliyi vəətraf mühitin mühafizəsi sferalarına şamil ediləcək.

Avropa Komissiyası hesab edir ki, bundan sonra Belarusla danışıqlar texniki səviyyədə davam etdirilməli, siyasi məsələlər barədə isə hər bir hal üçün ayrıca qərar qəbul olunmalıdır. Bu da qeyd olunur ki, Avropa İttifaqı Belarusla sırf öz maraqları olmayan hər hansı razılaşmanı imzalamayacaq.

Sənəddə deyilir ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Belarusla münasibətlər saxlanmalı, amma insan haqlarını pozan konkret şəxs və qurumların proqramda iştirakına yol verilməməlidir.

Bunlarla yanaşı Belarusa mikromaliyyə yardımlarına, gömrük və vizasız gediş-gəlişə dair danışıqlar hələlik dayandırılmalıdır.

Belarusa Beynəlxalq Valyuta Fondunun yardımlarına gəlincə isə, Avropa Komissiyası bildirib ki, Belarusda demokratik keçid olanadək, bu qlobal qurumdakı Avropa nümayəndələri Belarusa kredit və yardımların verilməsinə qarşı çıxacaqlar.

Bu ilin əvvəllərində Avropa İttifaqı Belarusda səhiyyə sisteminə dəstək üçün 50 milyon avro ayırdığını bildirmişdi. Bundan başqa Avropa Belarusda müstəqil mediaya dəstək üçün 1 milyon, repressiya qurbanlarının müalicəsi üçün isə 2.7 milyon avro ayırıb. Minskə 30 milyon avroluq daha bir yardım paketinin hazırlanması davam edir. (Azadlıq radiosu)




Xəbərin oxunma sayı : 781




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap