“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avtomobili qanunsuz idarə edən müharibə iştirakçısı intihara cəhd edib – DİN

Tarix 13.06.24, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib:
“İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır”.



Xəbərin oxunma sayı : 1030




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap