“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq - ETSN

Tarix 10.12.24, 15:48

Font ölçüsü : - / +
bitmap-img6


"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

AzFakt.com "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:

"Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".

F.Əliyev, həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap