Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI

Tarix 25.07.24, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslər tərəfindən riayət edilməsi vacib olan tələbləri açıqlayıb.

AzFakt.com xəbər verir ki, həmin tələblər aşağıdakılardır:

şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı;
sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli;
avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in "102" Xidmətinə məlumat verilməli;
əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli;
mənşəyi məlum olmayan əşyalara toxunmamalı;
hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı;
hər hansı şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməli;
aidiyyəti orqanların razılığı olmadığı halda çadır qurmamalı, tonqal qalamamalı, su hövzəsinə daxil olmamalı;
gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməli);
əraziyə spirtli içki, psixotrop, tez alışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalı;
müvafiq icazəsi olmayan şəxslərin əraziyə keçməsinə köməklik etməməli və yaxud digər formada şərait yaratmamalı.
Qeyd olunan tələbləri pozan şəxslər dərhal ərazidən çıxarılır, portal sistemindəki icazələri ləğv edilir, həmçinin qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.






Xəbərin oxunma sayı : 1753




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap