“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan kreditləşmədə Cənubi Qafqazda sonuncudur - “Artıq lider deyilik...”

Tarix 30.07.25, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadi aktivliyin və biznesin genişlənməsinin əsas şərtlərindən biri sahibkarların maliyyə resurslarına asan və əlçatan çıxış imkanlarıdır. 

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz sosial media hesabında geniş təhlil təqdim edib.

Ekspertin fikrincə, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz regionunun digər iki ölkəsi – Ermənistan və Gürcüstanla müqayisədə daha böyük olması, təbii olaraq, maliyyə göstəricilərində də liderliyimizi təmin etməliydi. Lakin kredit qoyuluşu kimi mühüm göstəricidə ölkəmiz sonuncu yerə düşüb.

Samir Əliyevin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ilin ilk yarısında Gürcüstanın bank sektoru kredit qoyuluşunun həcminə görə Cənubi Qafqazda liderliyini qoruyub. Belə ki, bu ölkənin bankları kredit portfelini 4,3% artıraraq 22,6 milyard dollardan 24,3 milyard dollara çatdıra bilib.

Ermənistan banklarının kredit portfeli isə 10,3% artaraq 15,8 milyard dollardan 18 milyard dollara yüksəlib.

Azərbaycan isə bu göstəricidə ən zəif nəticə göstərən ölkə olub. Samir Əliyev qeyd edir ki, ölkəmizdə bank sektoru cəmi 3,6% artım göstərə bilib. Beləliklə, kredit portfeli 16,2 milyard dollardan 16,7 milyard dollara qalxıb. Bu isə Azərbaycan bank sektorunun regionda kredit portfeli üzrə sonuncu pilləyə enməsi ilə nəticələnib.

Ekspert bank sektorunun daha dərin təhlilinə keçərək kredit portfelinin bankların ümumi aktivlərində və ümumi daxili məhsulda (ÜDM) payını da müqayisə edib.

Ermənistan: Kredit portfelinin bank aktivlərindəki payı 60%, ÜDM-də isə 67,9% təşkil edir;

Gürcüstan: Bu göstəricilər 67,8% (aktivlərdə) və 72% (ÜDM-də) səviyyəsindədir;

Azərbaycanda isə kredit portfelinin aktivlərdəki payı cəmi 50,2%, ÜDM-dəki payı isə 22,5% təşkil edir. Qeyri-neft ÜDM-də bu göstərici 37,8%-dir.

Samir Əliyev bildirir ki, bu fərqlər ölkədə maliyyə resurslarına çıxış imkanlarının zəifliyini və bankların real sektoru maliyyələşdirməkdə çəkindiklərini göstərir.

Ekspert əlavə edir ki, qeyd olunan faiz artımları milli valyutalar əsasında hesablanıb. Bu isə o deməkdir ki, valyuta məzənnələrinin dəyişməsi nəticələrə təsir göstərməyib və müqayisə real iqtisadi meyilləri əks etdirir.



Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap