Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanın qeyri-neft ixracatı kəskin azalıb - Deputat səbəbləri açıqladı

Tarix 14.03.24, 11:28

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222,0 milyon dollar olub.

AzFakt.com xəbər verir ki, Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib: "Belə ki, 2022 və 2023-cü illərdə qeyri-neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi".

İqtisadçı başqa səbəb kimi daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələrinin də ixrac dövriyyəsinə təsir göstərdiyini nişan verir: "Belə ki, qeyri-neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib".

Ekspert hesab edir ki, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. "Bütün hallarda qeyri-neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır", - V. Bayramov vurğulayıb.



Xəbərin oxunma sayı : 436




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap