Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Azərbaycanın tərəvəz məhsulları ilə təminatı üçün təhlükə var? - FOTO

Tarix 23.04.22, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


İranın bəzi strateji ərzaq məhsullarının (kartof, soğan və sair) ixracına qoyduğu qadağa onun ticarət tərəfdaşlarından biri olan ölkəmizə də təsirsiz ötüşməyəcək. Bunun üçün ötən ilin statistikasına nəzər salmaq yetər.

2021-ci ildə Azərbaycana 182,9 min ton kartof idxal edilib ki, bunun da 90 %-i İranın payına düşür. 2021-ci ildə İrandan Azərbaycana soğan idxalı olmayıb. İrandan Azərbaycana həmçinin badımcan tədarük edilir. 2021-ci ildə Azərbaycana 7,3 min ton badımcan idxal olunub. Bunun da 93 %-i İran bazarının payına düşüb. Azərbaycana pomidor idxalı cüzi miqdarda olub və yalnız 3 ölkədən (Rusiya, Qazaxıstan və Türkmənistan).

Qeyd edək ki, Azərbaycanda kartofa illik tələbat 800-840 min ton təşkil edir. Bu isə aylıq 65-70 min ton tələbat deməkdir. İllik tələbatın 90 %-i yerli istehsal hesabına ödənilir. Digər 10 %-lik hissə isə idxal mənbələri hesabına ödənilir.

Ötən il ölkədə 56 min 103 hektar sahədə kartof əkinləri aparılıb. Hektardan orta məhsuldarlıq isə 83,8 sentner təşkil edib.

Azərbaycanda soğana illik tələbat 240 min ton təşkil edir, yəni ölkədə soğanın özünütəminetmə göstəricisi 100 %-dən çoxdur. Ötən il ölkədə 11 min 647 hektar sahədə soğan əkinləri aparılıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Report”a son zamanlar ölkələrin tətbiq etdiyi bu tip qadağaların səbəbindən danışıb:

“İran tərəfinin kartof, soğan, pomidor və digər bu qəbildən olan tərəvəz bitkilərinin ixracına tətbiq etdiyi məhdudiyyət son günlər dünyada yaşananlar və bundan dolayı ölkələrin öz daxili ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə silsiləli şəkildə trendə qoşulmaqdır. Yəni ölkələr öz daxili tələbatını ödəmək naminə bu addımları atır.

Bu məhsullar arasında strateji əhəmiyyətlisi daha çox kartof hesab edilir. Azərbaycanın bu məhsul üzrə ümumi istehsal səviyyəsi artıb. Eyni zamanda da ixracı da artıb. 2021-ci ildə ölkənin kartof ixracı təxminən 13,5 % artaraq 93,2 min ton olub. Bunun da təxminən 85 min tonu məhz Rusiyaya ixrac olunub. Yəni ixrac bazarında Rusiyanın payı daha çoxdur. İdxalımız isə cüzi olaraq azalıb. Demək olar ki, 2020-ci illə müqayisədə dəyişməyib. Çünki daxili bazarın ödənilməsi ilə bağlı müəyyən qədər 5-7 % arasında istehsal həcminin artması nəticə etibarı ilə idxalın təxminən 0,1 % qədər azalması ilə nəticənlənmişdi”.

Ekspert ötən ilin idxal-ixrac mənzərəsini əsas tutaraq belə bir şərh edib:

“Ötən il ölkəyə 183 min ton kartof idxal edildiyi halda, 93 min ton ixrac olunub. Yəni biz ixrac etdiyimiz məhsulu ölkədə saxlamaqla təxminən bu məhsulun 50 % -dən bir qədər artığını təmin etmiş oluruq. Amma 48 %-lik bir ödənilməmiş tələbat da yaranır. Bununla da digər ölkələrdən kartof idxal etmək lazım olacaq.

Eyni zamanda bu ölkələrin, o cümlədən də İranın tətbiq etdiyi məhdudiyyətlər qeyd etdiyim kimi, öz daxili ərzaq təhlükəsizliyini təmin etmək üçün atılmış addımdır. Azərbaycan da 28 malın ixracına müəyyən məhdudiyyətlər tətbiq edib. Yəni ölkələr ilk növbədə öz əhalisini düşünərək ərzaq təhlükəsizliyini təmin etmək üçün ehtiyat baza formalaşdırırlar. Ökənin ehtiyat bazasına əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıq məhsul toplansa, yerdə qalan məhsul xarab ola bilər. Ehtiyat bazası toplandıqdan, müəyyən qədər ehtiyatlar yarandıqdan sonra tədricən ixrac həyəta keçirilməyə başlanacaq. Eləcə də İran tərəfindən.

Bu, Azərbaycanın özünün tətbiq etdiyi məhdudiyyətlərə də aiddir. Yəni məhdudiyyət qoyulması o demək deyil ki, satmıram. Bu məhdudiyyətlər qısamüddətli dövrlər üçündür. Müəyyən qədər ehtiyat tədbirləri görüləndən sonra ixrac tədricən bərpa olmağa başlaycaq”.



Xəbərin oxunma sayı : 958




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap