“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Tarix 23.06.22, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


XX əsrin sonunda ikinci dəfə müstəqillik qazanan Azərbaycan az bir müddət ərzində dünyaya inteqrasiya etməyə və bir çox dünya dövlətləri ilə dostluq münasibətləri quraraq strateşi tərəfdaş kimi əməkdaşlıq etməyə nail ola bildi. 

Azərbaycan eyni zamanda türk dövlətləri ilə, o cümlədən Özbəkistanla
əməkdaşlığa da ciddi  önəm verirdi. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradıldı və 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında səfirliyi, 1998-ci ilin iyul ayında isə Özbəkistan
Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başladı.Keçən müddət ərzində hər iki dövlət arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında bir çox birgə bəyanatlar və müqavilələr imzalandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi heçdə təsadüfi deyil. Hər iki türk dövlətinin xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin kökü minilliklərə dayanır. Bu səfər Azərbaycan-Özbəkistan əlaqələrini
tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltməklə yanaşı, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün də real imkanlar yaradır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi fikirləri, ölkələrimiz  arasında imzalanan sənədləri dostluq və qardaşlığımızın sarsılmazlığını bariz nümunəsi kimi qəbul etmək olar.

Prezident İlham Əliyevin Özbəkistana bu səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Daşkəndin mərkəzində bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, həm də xalqlarımızın qardaşlığına və dostluğunaverilən böyük qiymətin təzahürüdür. Özbəkistan qardaş ölkə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman
Azərbaycanı dəstəkləyib. Postmüharibə dövründə də Özbəkistan ölkəmizə böyük dəstəyini nümayiş etdirib və işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinə oz töhfələrini verməkdə davam edir. Hər iki dövlət başçısının siyasi iradələri və döstluq münasibətləri xalqlarımız və dövlətlərimiz
arasında da  dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik yaradır.

Qəzənfər Məhərrəmov



Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap