“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

Tarix 14.10.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr üzrə 9,3 milyard manat investisiya qoyuluşu və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur.

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

O bildirib ki, sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi mexanizminin müddəti isə 2029-cu ilədək uzadılıb.

E.Əliyevin sözlərinə görə, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit verilib.

Nazirin birinci müavini təşviq sənədləri üzrə nəzərdə tutulan nəticələrin sonrakı mərhələdə izlənilməsinin vacibliyini vurğulayıb.

“Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması diqqətdə saxlanılmalıdır”, – deyə o bildirib.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap