“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 2020-ci ildə əsas kapitala 18 mlrd. manatdan çox investisiya qoyulacaq – İqtisadiyyat Nazirliyi

Tarix 21.10.19, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 mlrd. manat təşkil edəcəyi gözlənilir.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bunun 12,2 mlrd. manatı daxili, 6,1 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 mlrd. manatı neft sektoruna, 10,6 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək.

“Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 mlrd. manatı və ya 60%-dən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaqdır. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51%-dən 2019-cu ilin avqust ayının sonuna 27,8%-ə enib”, – deyə nazir əlavə edib.

Ş. Mustafayevin sözlərinə görə, qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60%-ə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.




Xəbərin oxunma sayı : 274




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap