Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda banklara vaxt qoyuldu - RƏSMİ

Tarix 17.06.22, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankı aprelin 1-dən qüvvəyə minmiş "Bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar"a uyğunluq baxımından banklarda bir sıra istiqamətlərdə kamillik səviyyəsinin yüksəldiyi müşahidə olunub, lakin problemlərdə mövcuddur.

Bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

“Kritik hesab olunan istiqamətlərdə bank sektorunun hələ də təkmilləşdirməyə ehtiyac olduğu müşahidə edilib. Konkret olaraq kriptoqrafiya, aktivlərə nəzarətin təmin olunması, biznes davamlılığın təmin olunması kimi sahələrdə hələ də inkişafa ehtiyac var.

Mərkəzi Bank olaraq düşünürük ki, bu istiqamətlərdəki problemlər cari ilin sonuna kimi həll olunacaq və bank sektorunda kamillik dərəcəsi beynəlxalq standartların tələblərinə uyğun olacaq.

Qaydaların beynəlxalq standartlara uyğun hazırlanmasında məqsəd bank ekosisteminin beynəlxalq tələblərə tədricən adaptasiya olunmasıdır”, - A. Quliyev vurğulayıb.

Onun sözlərinə görə, bu qaydalar beynəlxalq İSO standartlarının tələblərinə uyğun olaraq yaradılaraq bank sektoruna təqdim olunub: "Bundan sonra Mərkəzi Bank tərəfindən həm onsite, həm də offsite yoxlamalar aparılaraq bank sektorunun qaydalara uyğunluğunun müşahidə olunması üçün prosedur icra olunub”.(report)



Xəbərin oxunma sayı : 1057




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap