“Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO
Axtar
 
  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

Azərbaycanda bir nəfər koronavirusdan ölüb - 6 yeni yoluxma qeydə alınıb

Tarix 25.03.20, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda daha 6 nəfər koronavirusa (COVID-19) yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib:

“Eyni zamanda, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmamış və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat etmişdir. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülmüşlər.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdir.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur”.




Xəbərin oxunma sayı : 946

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda