Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycanda dəhşətli hadisə: qayınata gəlinini evdən qovdu, əri isə... – ŞOK

Tarix 22.07.24, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar rayonunda 1991-ci il təvəllüdlü Nəzrin azyaşlı övladı Səidi (adlar şərti verilib – red.) qətlə yetirib.

Nəzrin ailə münaqişəsi zəminində, yəni yaşadığı evdə mütəmadi olaraq qayınatası Aslanın maddi çətinliklərlə bağlı ondan evi tərk etməsini tələb etməsi ilə əlaqədar söz-söhbətlərdən bezib. 14 avqust 2021-ci ildə səhər saat 6 radələrində 3 avqust 2020-ci ildə doğulmuş övladı Səidi də özü ilə götürüb və Biləsuvar rayonunun kəndində yerləşən yaşadığı evdən çıxıb.

Nəzrin kənd ərazisindən keçən su kanalının yanına gedib və özünü Səidlə birlikdə suya atıb. Səid suda boğulma ilə əmələ gələn mexaniki asfiksiya səbəbindən ölüb.

Ana azyaşlı övladını niyə qətlə yetirib?

Hadisəni törədən Nəzrinin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəzrin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, özünü və oğlu Səidi öldürmək niyyəti olmayıb:

“Su kanalının kənarı ilə kəndin çıxacağına doğru gedərkən qəfildən ayağım sürüşdüyü üçün uşaqla birlikdə kanala yıxıldım. Oradan asfalt yola çıxdım, qucağımda uşaq kəndin mərkəzi asfalt yolunun su kanalının üzərindən keçən hissəsində piyada hərəkətdə olan zaman anidən özümdən getdim, uşaqla birlikdə yenidən suya düşdüm. Özümə gəldikdə uşağın yanımda olmadığını gördüm. Mən heç bir cinayət törətməmişəm”.

Təqsirləndirilən şəxsin ibtidai istintaqa vermiş olduğu ifadəsi ilə məhkəmədəki ifadə arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən ibtidai istintaq verdiyi ifadəsi elan edilib.

“Mehriban dolanmışıq”

Nəzrin ibtidai istintaq zamanı verdiyi ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həmin ifadəsində göstərib ki, 2018-ci ildə Aqil adlı şəxslə qeyri-rəsmi evlənib, onların 2020-ci ildə Səid adlı bir uşağı dünyaya gəlib:

“Evləndikdən sonra ərimin yaşadığı evə köçdüm və onun validenləri ilə birlikdə yaşadıq. Ərimin xəstəliyi və əqli problemi olduğundan o, heç yerdə işləmirdi. Bütün günü evdə olurdu. Ailəmizi usta işləyən qayınatam Aslan dolandırırdı.

Əvvəllər ailədə hər şey yaxşı idi. Evdə heç bir söz-söhbət olmurdu. Ailədə biri-birimizlə mehriban dolanırdıq”.

“Uşağımı götürüb atam evinə getdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Səid dünyaya gələndən sonra qayınatası Aslan evdə söz-söhbət salmağa başlayıb:

“Qayınatam dəfələrlə mənə “ərin işləmir, mən sizi saxlaya bilmirəm, uşağını götür get atan evinə, bir müddət orada qal” deyirdi. Mən də axırda məcbur qalıb azyaşlı oğlumu götürərək atamın evinə getdim.

5-6 gün sonra baldızlarım – Gülsüm və Nüşabə qardaşım Anarın mobil telefonuna zəng edərək məni evə qaytardılar. Lakin atam xəstə olduğundan ona bu barədə heç nə deyilmədi. Ər evinə qayıtdıqdan sonra bir müddət qayınatam mənimlə mehriban olsa da, sonradan yenə hər şeyə bir söz dedi, əsəbləşləşərək “get atan evinə, niyə qalmısan burda, nə gününə burada yaşayırsan” dedi. Onun bu sözlərindən bezdiyim üçün uşağımı götürərək atamın evinə getdim”.

“Mənim sizə baxmağa gücüm çatmır”

Nəzrinin ifadəsinə görə, avqustun 11-də ailə üzvləri onu öz evlərinə çağırdıqları üçün oğlunu götürüb və atası evinə gedib: “İki gün qalaraq avqustun 13-də qayınatamın evinə qayıtdım. Az sonra qayınatam məni çöldən səsləyərək həyətə çağırdı. Həyətə çıxan zaman “su borusunu kim açıb bu vəziyyətə qoyub, sən hara baxırsan?” - deyə məndən soruşdu.

Qayınatama boru ilə qonşu Muxtarın azyaşlı nəvəsinin oynadığını bildirdim. Qayınatam mənimlə acıqlı danışdı, “sən yenə nə gününə bura gəlmisən, özün bilirsən ərin işləmir, nə üçün gəlirsən, mənim sizə baxmağa gücüm çatmır” dedi. Mən də heç bir cavab vermədim. Qayınanam Sura dedi ki, o, yaşlı adamdı, ona fikir vermə. Bu sözlərlə mənə təskinlik verdi. Hər birimiz yataq otağına gedərək yatdıq”.

“Özümü uşaqla birlikdə suya atdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 14-də səhər saat 6 radələrində yuxudan durub və oğlu Səidi qucağına götürərək evdən çıxıb:

“Yaşadığımız evdən uzaqda olan su kanalına getdim. Kənd orta məktəbindən bir qədər irəli gedəndən sonra kanala yaxınlaşaraq özümü uşaqla birlikdə öldürməkdən ötrü suya atdım. Lakin kanalının həmin hissəsində dərinlik az olduğu üçün yola çıxdım və irəliyə, kəndin çıxacağına doğru getdim. Həmin vaxt ətrafda heç kəs yox idi.

Kanaldan yola çıxanda qarşıma əynində göy köynək olan tanımadığım bir oğlan çıxdı. Məndən köməyə ehtiyacımın olub-olmadığını soruşdu, hara lazımdır məlumat vermək istədiyini dedi. Ona heç bir şeyə ehtiyac olmadığını və həmin kənddən olmadığımı bildirərək yoluma davam etdim.

Təxminən 200-300 metr getdikdən sonra yenidən özümü və uşağı öldürmək üçün asfalt yolun kənd qəbristanlığı ilə üzbəüz su kanalının üstündən keçən hissəsində özümü uşaqla birlikdə suya atdım”.

“Qayınatam su kanalına girərək uşağı axtarmağa başladı”

Nəzrinin ifadəsinə görə, başı asfalt yolun altından keçən beton materialdan olan su borusuna dəydiyi üçün uşaq əlindən çıxaraq suya düşüb:

“Mən özümü itirdim, asfalt yolun altından keçən beton su borusunun içinə girib orada əyləşdim. Az sonra yolda gördüyüm oğlan və digər tanımadığım şəxslər yaxınlaşaraq məndən qucağımda olan uşağı soruşdular. Onlara uşağı suya atdığımı bildirdim. Həmin şəxslər uşağı axtarmağa başladılar.

Kənd sakini, taksi fəaliyyəti ilə məşğul olan İsmayıl kişi məni gördü və vəziyyəti biləndən sonra qayınatam Aslana məlumat verdi. Bir neçə dəqiqədən sonra olduğumuz yerə hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin qayınatam Aslan gəldi.

Qayınatam su kanalına girərək uşağı axtarmağa başladı. Təxminən yarım saat sonra oğlum Səidi suya düşdüyü yerdən 2-3 metr aralıda, suyun içindəki kol-kosun yanından taparaq sudan çıxardı”.

“Özümü və oğlumu öldürmək qərarına gəldim”

Təqsirləndirilən şəxs deyib ki, əri Aqil hər hansı xəstəlikdən əziyyət çəkməyib: "Sadəcə heç bir yerdə işləmir, bütün gün evdə olurdu. Hamımızı qayınatam dolandırırdı. Pulu olmayanda söz-söhbət yaradır, mənə və uşağıma baxmaq istəmirdi. Mənə tez-tez atam evinə getməyimi bildirirdi.

Hadisə baş verən günə kimi mənimlə nə qayınatam Aslan, nə də onun ailə üzvlərindən heç kəs amansız rəftar etməyib, şərəf və ləyaqətimi alçaltmayıb, hədə-qorxu gəlməyiblər. Aramızda dava-dalaş, münaqişə olmayıb. Məni heç kəs vurmayıb, döyməyib və heç bir xəsarət yetirməyib. Yalnız qayınatam heç bir əsas olamdan tez-tez evdə hər şeyə əsəbləşərək söz-söhbət yaradırdı.

Maddi imkanlarımız aşağı olması, qayınatamın son zamanlar bizə baxmaq istəməməsi, bizdən bezdiyini söyləməsi, atamın evinə getməyimi tələb eləməsi, atam evində də vəziyyət yaxşı olmaması səbəbindən hara gedəcəyinim və necə dolanacağımı bilmədiyimə görə özümü və oğlumu öldürmək qərarına gəldim.

Heç kəsə heç bir söz demədən oğlumla birlikdə özümü kanala atdım. Buna məni heç kəs vadar və təhrik etməyib”.

“Hədə-qorxu gəlməmişik”

Cinayət işi üzrə zərərçəkmiş azyaşlı Səidin hüquqi varisi nənəsi Sura tanınıb. O bildirib ki, gəlini Nəzrin anadangəlmə əqli problemləri olan oğlu Aqillə evlənib, onların 2020-ci ildə bir oğlan övladı dünyaya gəlib:
“Biz bir ailədə yaşamışıq. Əvvəllər münasibətlərimiz normal idi. Lakin sonralar oğlum Nəzrinə “sən nə üçün bura gəlin gəlmisən, mən heç yerdə işləmirəm, xəstəyəm, valideyinlərim öləndən sonra səni kim saxlayacaq” dedi, ailədə maddi çətinliklə bağlı söz-söhbətlər oldu.

Evdə yalnız ərim Aslan işləyib ailəni dolandırırdı. O da yaşlı olduğumdan hər şeyə deyinirdi. Buna görə Nəzrin mənim yanımda özü-özünə əsəbləşərək anidən özündən çıxır, heç bir əsas olmadan söz-söhbət yaradırdı. Nəzrinə deyirdim ki, yaşlı adamdı, ona baş qoşma.

Lakin Nəzrinlə nə mənim, nə də ailə üzvlərimdən heç kəsin arasında dava-dalaş olmayıb. Evdə ona heç kim əzab-işgəncə verməyib, evdən qovaraq döyüb xəsarət yetirməyib. Ona hədə-qorxu gəlməmişik”.

Sura bildirib ki, Nəzrin qohum-qonşularla mehriban dolanıb, heç kəslə işi olmayıb, ev işləri ilə məşğul olub: “Lakin sakit təbiətli olsa da, hərdən əsəbləşərək tez özündən çıxırdı. Hər şeyə tez qıcıqlanaraq reaksiya verirdi. Onda bəzi hallarda dil qatlanmaları, ürək getmələri də olurdu”.

“Meyitinin sudan tapıldığını bildirdilər”

Hüquqi varis qeyd edib ki, avqustun 10-da səhər saat 8 radələrində Nəzrinin kiçik qardaşı əri Aslanın mobil telefonuna zəng edib və xeyir işləri olduğu üçün Nəzrinin onlara gəlməsini xahiş edib:

“Aslan əmin gün taksi ilə Nəzrini nəvəmiz Səidlə atası evinə yola saldı. Avqustun 13-də saat 11 radələrində Nəzrin azyaşlı oğlu ilə birlikdə atası evindən geri qayıtdı.

Avqustun 14-də səhər saat 7 radələrində yuxudan ayılarkən ərim Aslan gəlinim Nəzrini də yuxudan oyatmağı tapşırdı. Mən Nəzrinin otaqda olmadığını gördüm. Aslana Nəzrinin uşaqla birlikdə həyətə düşərək onu gəzdirdiyini bildirdim.

Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olan həmkəndlimiz İsmayıl həyətə daxil olaraq Nəzrinin azyaşlı övladını kəndin ərazisindən keçən su kanalına atdığını dedi. Aslan İsmayılın maşınında Nəzrin və nəvəmizi axtarmağa getdi.

Bir müddət sonra qohum-qonşular Səidin meyitini Aslanın sudan tapdığını bildirdilər. Hadisədən sonra Nəzrini görmədiyimə görə onun özünü və azyaşlı övladını nə üçün su kanalına atmasının səbəbini öyrənə bilmədim”.

“Çox vaxt susurdu”

İş üzrə şahid qismində ifadə verən Nəzrinin ögey anası Məlahətin sözlərinə görə, 2006-cı ildə Nəzrinin atası ilə evlənib, əvvəllər ərinin uşaqları, eləcə də Nəzrin ilə birlikdə yaşayıb:

“Nəzrin 2018-ci ildə kənd sakini Aqil adlı şəxslə qeyri-rəsmi ailə qurdu, ərinin yaşadığı evə köçdi. Onların 2020-ci ildə Səid adlı bir uşağı dünyaya gəldi.

Nəzrin həmin evə gedəndən sonra biz biri-birimizin evinə gedib-gəlmişik, aramızda heç bir söz-söhbət, dava-dalaş, düşmənçilik olmayıb. Nəzrinin qayınatası Aslan hərdən onu oğlu Səidlə birlikdə bizə gətirirdi. Nəzrin bir neçə gün atası evində qaldıqdan sonra öz evinə qayıdırdı.

Nəzrindən ailəsi haqqında da soruşmuşam. Çox vaxt susur, əri haqqında heç bir söz demirdi. Qayınanası və baldızları ilə mehriban dolandığını, lakin maddi imkanlarının aşağı olduğunu və yaşadığı evin şəraitinin yaxşı olmadığını bildirirdi”.

“Özündən tez çıxır, hər şeyə ani reaksiya verirdi”

Məlahətin sözlərinə görə, avqustun 14-də saat 9 radələrində yaşadığı evdə olarkən qaynı ona zəng edib və Nəzrinin öz azyaşlı oğlu ilə birgə su kanalına düşdüyünü, oğlu Səidin öldüyünü, özünün isə sağ qaldığını eşitdiyini deyib:

“Xəbəri eşidən kimi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getdim. Orada Səidin meyitxanada olduğunu eşitdim. Meyit müayinə edildikdən sonra bizə təhvil verildi və dəfn edildi. Nəzrin isə həbs olundu.

Nəzrin xəstə idi. Lakin onda konkret nə xəstəlik olduğunu bilmirəm. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına, Lənkəran şəhər Psixiatriya xəstəxanasına və Bakı şəhərində olan psixiatriya xəstəxanasına aparılmışdı. Müalicə yazılandan sonra onu evdə müalicə etmişdik.

Nəzrin qohum-qonşularla mehriban dolanırdı. Sakit təbiətli olsa da, anidən əsəbləşərək özündən çıxır, hər şeyə ani reaksiya verirdi. Özünə qapanır, heç kəslə söhbət etmək istəmir və heç kəsi eşitmirdi”.

“Evdən qovan olmayıb”

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin qayınatası Aslanın sözlərinə görə, hər bir ailədə olduğu kimi onların da ailəsində maddi çətinliklə bağlı söz-söhbətləri olub: “Ancaq Nəzrini döyüb incidən, ona hədə-qorxu gələn, təhqir edən və ya evdən qovan olmayıb.

Gəlinim sonuncu dəfə nəvəm Səidlə birgə avqustun 10-da atası evinə getdi. Avqustun 13-də saat 11 radələrində geri qayıtdı. Nəzrinlə söhbət edərkən ona “atan evinə getmişdin, nə olardı 1-2 gün orada artıq qalardın, hava istidir, uşaq burda yata bilmir, şəraitimiz yaxşı deyil” sözlərini dedim.

Nəzrin də acıqlı şəkildə “onsuz da tez-tez onların evinə gedirəm, atam xəstə olduğu üçün orada çox qala bilmirəm” deyə cavab verdi”.

“Ruhi xəstəliyi olmayıb”

Aslanın bildirdiyinə görə, avqustun 14-də səhər saat 7 radələrində yuxudan ayılarkən arvadı Suraya gəlini Nəzrini də yuxudan oyatmasını deyib: “Sura Nəzrinin otaqda olmadığını, uşaqla həyətə düşərək onu gəzdirdiyini bildirdi. Heyvanları yemləmək üçün həyətə düşərkən taksi sürücüsü İsmayıl Nəzrinin azyaşlı övladını kəndin ərazisindən keçən su kanalına atdığını dedi.

İsmayılın avtomobili ilə Nəzrinin azyaşlı övladını suya atdığı yerə, kanalın kənd qəbristanlığının yaxınlığından keçən hissəsinə getdim. Kənd sakinlərini, hüquq mühafizə-orqanlarının əməkdaşlarını, Nəzrini də orada gördüm.

Nəzrindən uşağı nə etdiyini, hara atdığını soruşdum. O, uşağı su kanalının qəbristanlığın qarşı tərəfindən keçən hissəsinə atdığını bildirdi. Kanala girib uşağı suda axtarmağa başladım. Təxminən 10-15 dəqiqə sonra suyun kənarında olan kol-kosun arasından uşağın cansız cəsədini tapdım.

Uşağın meyiti kanalın kənarlarında olan kol-kosun, yolğunluğun altında, kanalın bir qədər dərin olan yerində palçığa basılmış vəziyyətdə idi.

Nəzrinin ruhi xəstəliyi yox idi. Onda ruhi xəstəliyin əlamətlərini hiss etməmişəm. Lakin sakit təbiətli olsa da, hərdən əsəbləşərək tez özündən çıxır, hər şeyə tez qıcıqlanaraq reaksiya verirdi. Həmçinin bəzi vaxtlarda dil qatlanmaları, ürək getmələri də olurdu. Bəzən əsəbləşərək uşağı döyməyə cəhd edirdi.

Nəzrinin azyaşlı övladı ilə birlikdə özünü hansı səbəbdən və nə üçün su kanalına atması ilə bağlı heç bir məlumatım olmayıb”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəzrin 14 il müddətə azadlıqdan məhrum edilib./Teleqraf.com



Xəbərin oxunma sayı : 1222




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap