|
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” – Şok təfərrüat
Tarix 05.11.24, 21:03 |
|
Samux rayonunda 2001-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqarı (adlar şərti verilib – red.) öldürüb.
Ceyhun ötən il noyabrın 9-da saat 16 radələrində Samux rayonunun kəndində toy məclisində spirtli içki qəbul edib. O, toy mağarının qarşısında dayanarkən 1986-cı il təvəllüdlü həmkəndlisi Vüqarın arvadı Nazlı ilə toydan çıxaraq getdiklərini görüb.
Əvvəlki günlərdə arvadı ilə Ceyhunun intim münasibətdə olmasından şübhələnən Vüqarın onunla mübahisəsi olub. Buna görə Ceyhun vaxtilə Vüqarla mübahisə etməsini səbəb kimi bəhanə edib və toy mağarından çıxan ər-arvadın arxasınca düşüb. Mağardan 60 metr məsafədə Vüqarı bıçaqla hədələyib, ona nalayiq söyüşlər söyüb.
Daha sonra öldürmək məqsədi ilə Vüqarı münaqişəyə cəlb edib, əlbəyaxa dava zamanı onu bıçaqlamaq istəyib. Vüqarın qaçmaq cəhdinə baxmayaraq, arvadının gözü qarşısında ona bıçaqla zərbə vurub. Vüqar aldığı xəsarətdən ölüb.
“Üzrlü saymağımı xahiş etdi”
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddələri ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə baş verməzdən 7-8 ay əvvəl mərhum Vüqarın qapılarının qarşısından keçib: “Həmin vaxt Vüqarın atası mənə gəlini Nazlının yanına nə üçün gəldiyimi soruşub öz evinə girdi. Halbuki mən Vüqargilin evinə getməmişəm. Sadəcə Vüqarın yaşadığı evin həyətinin qarşısından keçmişəm. Kənd yeri olduğundan evlərin qapıları bir-birlərinə yaxın olur.
Bundan əvvəl Vüqar iş yerində mənim yaxşı oğlan olmamağım barədə ifadələr işlətmişdi. Bu söhbətə görə Vüqarın evinə gedib ondan nə pis şey etdiyimi soruşdum. O mənə yaddaş problemi olduğunu və dediklərinə görə üzrlü saymağımı xahiş etdi”.
“Gəlinləri ilə intim münasibət saxaldğımı deyirdilər”
Ceyhunun ifadəsinə görə, bir neçə gün sonra kənddə əsgər qonaqlığı olub: “Orada iştirak etdim. Qonaqlıqdan çıxanda Vüqar öz evində çay içməyimizi təklif etdi. İçkili olduğumdan gedə bilməyəcəyimi desəm də, Vüqar təkid etdi. İçkili olduğum üçün evlərində qaytardım. Bu hadisədən sonra Vüqarın kənddə mənim onun evində qaytardığımı dediyini eşitdim. Bu səbəbdən aramızda yenə söz-söhbət yarandı. Vüqargilin əlindən kəndə gələ bilmirdim. Mənə gəlinləri Nazlı ilə aramızda intim münasibət olduğunu deyirdilər. Lakin elə şey olmamışdı.
Bir dəfə avtomobillə kəndə gələndə Vüqarın anası məni daşladı, əlində yaba ilə hədələdi. Buna görə Mingəçevir şəhərinə gedərək 3-4 ay bibimgildə qaldım. Oradan işləmək üçün Laçın rayonuna getdim.
Laçından qayıdandan sonra atam evdə olmadığından onun əvəzinə toya getdim. Pul yazdırıb mağarın qarşısında dayananda Vüqar məndən nə üçün arvadına baxdığımı soruşdu. Mən də Nazlıya baxmadığımı, mənimlə Nazlının adına söz çıxardığını söylədim.
Dedim ki, arvadını atası evinə qoymuşdun, sonra geri gətirdin, yaxşı kişi olsaydın, bu cür etməzdin. Aramızda yenə söz-söhbət yarandı və mağardan çöldə dalaşdıq. Vüqar məni vurdu, mən də yıxıldım. Daha sonra özümü qorumaq üçün onun qoluna bir bıçaq atdım. Lakin bıçaq ürək nahiyəsinə dəydi. Mən Vüqarın ölməsini istəməmişəm”.
“Nə üçün ailəsini dağıtdığımı soruşdu”
Təqsirləndirilən şəxs daha sonra bildirib ki, kənddə Nazlı ilə münasibətdə olması barədə söz-söhbəti Vüqarın atası Ramil yayıb:
“Bu barədə Ramil mənim atama da demişdi. Lakin atam bununla bağlı mənə heç bir söz söyləməmişdi. Bunları Mingəçevirdən qayıtdıqdan sonra bildim.
Ramil mənim evlərinin qarşısında görərək gəlini Nazlı ilə gəzdiyimi dedi. Lakin Vüqarın özü mənə bu barədə heç nə deməyib. Vüqarla aramızda Nazlı ilə bağlı söz-söhbətə görə dava olmayıb. Nə mən, nə də Vüqar biri-birimizdən polisə şikayət etməmişik.
Atası Ramilin sözlərindən sonra Vüqar arvadı Nazlını atası evinə qoydu. Bundan sonra mənə zəng edərək nə üçün ailəsini dağıtdığımı soruşdu. Mən isə belə bir şeyin olmadığını dedim. Bildiyimə görə, Vüqarla Nazlı boşanmaq üçün məhkəməyə də müraciət etmişdilər.
Nazlı ilə aramızda münasibət olmasından nə üçün şübhələndiklərini bilmirəm. Nazlını kənd sakini kimi tanımışam”.
“Adıma söz çıxardıqlarını dedim”
Ceyhun qeyd edib ki, Vüqar bir qədər sonra arvadı Nazlını evlərinə qaytarıb: “Əgər münasibətimiz olsaydı, Vüqar Nazlını yenidən evlərinə qaytarmazdı.
Hadisə günü atamın əvəzinə toya getdim, mağardan çıxaraq pul yazırdım, çöldə sinif yoldaşım Kənanla siqaret çəkdim. Bir qədər sonra Kənan mağara qayıtdı, mən də evə getmək istədim. Bu vaxt Vüqar qabaqda, arvadı Nazlı isə arxada mağardan çıxaraq evlərinə getdilər.
Mən toyda iştirak etsəm də, Vüqarı mağarda görməmişdim. Vüqar mağardan çıxarkən heç bir səbəb olmadan nə üçün arvadı Nazlıya baxdığımı soruşdu. Mağardan təxminən 70 metr aralandıqdan sonra Vüqar geriyə çevrildi, nə üçün arxaları ilə gəldiyimi dedi. Mən də yavaş-yavaş ona yaxınlaşdım, işlətdiyi sözlərin yaxşı olmadığını, adıma söz çıxardıqlarını dedim.
Vüqar məni söydü, Nazlının yanında dalaşdıq. Vüqar söyüş söyərək sinəmdən yumruqla vurdu, tutaşdıq”.
Ceyhunun ifadəsinə görə, bir dizi üstə yerdə üzbəüz Vüqarla dayanıblar: “Vüqar yerdən daş götürərək kürəyimə, ardınca yumruqla qulaq nahiyəmə vurdu. Kürəyi üstə yerə yıxıldım. Vüqar üzərimə çıxaraq məni vurdu. Özümü qorumaq üçün gödəkçəmin cibində bağlı olan bıçağı çıxardım, qol nahiyəsindən vurmaq istədim. Lakin sonra bildim ki, bıçaq onun ürəyindən dəyib.
Vüqarı bıçaqla vurduqdan sonra arvadı Nazlı qışqırdı. Mən qorxduğum üçün evə qaçdım.
Üzərimdəki adi cib bıçağı idi. Onu Laçın rayonunda işləyən zaman döyüş bölgəsi olduğu üçün üzərimdə gəzdirirdim. Mən Vüqara bir bıçaq xəsarəti yetirmişəm. Öldürmək fikrim olsaydı, ona bir yox, on-on beş bıçaq vurmuş olardım.
Hadisədən dərhal sonra oradan qaçdım. Bıçağı məktəbin yaxınlığında suya atdım. Həmin yerə baxış keçirilsə də, bıçaq tapılmadı”.
“Gəlini güdməyə başladım”
İş üzrə zərərçəkmiş Vüqarın hüquqi varisi qismində ifadə verən atası Ramilin sözlərinə görə, kənddə Ceyhunla Nazlı arasında münasibət haqda söz-söhbət eşidib: “Bundan əvvəl kənd icra nümayəndəsi mənə bildirdi ki, iki dəfə Ceyhunu yanına çağıraraq camaatın evini dağıtmamağı tapşırıb, daha sonra Ceyhunun atası Xəlilə oğlunun etdikləri barədə danışıb, oğluna nəzarət etməli olduğunu bildirib.
Kənd icra nümayəndəsi sözünün keçmədiyini dedi. Mən Vüqarın evini güdməyi qərara aldım. 2023-cü ilin mayın 29-da və ya 30-da evi güdsəm də, Ceyhunu görmədim”.
Ramil qeyd edib ki, iyunun 2-də axşam yenə Vüqarın evinin qarşısında olan təndirin yanında gəlini Nazlını güdüb: “Gəlinim və nəvəm Çinarə də evdəydi. Televizorun işlədiyini gördüm. Gizləndiyim yer kölgəydi, hava qaranlıq olmasına baxmayaraq, ətraf aydın seçilirdi. Bu zaman evdə telefona zəng gəldi və 12 yaşlı nəvəm evdən çıxaraq anası Nazlını çağırdı.
Nazlının evdə olduğunu fikirləşdim, amma o, evin qarşısında olan tikilidən çıxdı. Mən Ceyhun gəlsə, görəcəyimi düşündüm.
Nazlı çıxandan sonra Çinarə anasına bir nəfərin sabah onu işləməyə çağırdığını dedi. Bu vaxt Ceyhun evin qarşı tərəfindəki tikilidən çıxaraq qaçdı və dayandığım yerin yaxınlığındakı təndirin arxasında gizləndi. Nazlı nəvəm Çinarəyə sabah işi olduğunu dedi”.
“Gəlinimlə birlikdə tutduğumu dedim”
Ramil bildirib ki, daha sonra nəvəsi Çinarə evə girib, gəlini Nazlı isə Ceyhunun yanına qayıdıb, onun qarşısında paltarını aşağı çəkib: “Bunu görəndə “nə edirsiniz, sizi öldürəcəm” dedim. Ceyhun qaçdı, Nazlı isə evə keçdi.
Nazlının yanına gedərək dedim ki, üç gündür sizi güdürəm, hazırlaş, ata evinə gedəcəksən. Daha sonra Nazlının atasına zəng edərək olanları danışdım. Atası Nazlını evlərinə göndərməyimi istədi. Oğlum Vüqara da baş verənləri danışdım.
Səhəri gün tezdən Ceyhungilə getdim. Ata-anası qarşıma çıxdı. Onlara Ceyhunla Nazlını hansı vəziyyətdə tutduğumu söylədim. Ceyhunun atası nə üçün elə oradaca oğlunu öldürmədiyimi, nəsillərində elə xarab adamın olmadığını dedi.
Ceyhun qaçdıqdan sonra həmkəndlim Əfsənin yanına getdim. Ona Ceyhunla Nazlının birlikdə tutduğumu dedim”.
“Pəncərədən evə gəlib-gedirmiş”
Ramilin ifadəsinə görə, daha sonra evə qayıdıb, oğlu Vüqar boşanmaq üçün məhkəməyə müraciət edib: “Lakin Nazlının oğlumdan əvvəl məhkəməyə müraciət etdiyini bildik.
Boşanmalarına az qalmış oğlum Çinarənin anasız böyüməsini istəmədiyindən Nazlı ilə barışaraq onu evə gətirdi. Nəvəm Çinarə mənə sonradan Ceyhunun nərdivanla pəncərədən evə gəlib-getdiyini dedi.
Hadisə günü mən də toya getmişdim, Ceyhunun oraya gəldiyini görmüşdüm. Onun əlində bıçaq vardı. Bıçaqla almanı dörd yerə bölərək yanındakı Yasinə verdi.
Yasin yemək istəmədiyini dedikdə Ceyhun bunun mənası olduğunu və bu bıçaqla bu gün kimisə həyatdan məhrum edəcəyini dedi. Mən Ceyhunun əlində bıçaq oynadaraq toya pul yazdırdığını da gördüm. Bundan sonra evə getdim.
Sonradan eşitdiyimə görə oğlum Vüqar, Nazlı və nəvəm Samir mağardan çıxaraq evə getmək istəyiblər. Ceyhun bizi güdürmüş. O, Vüqara “dayan, səninlə işim var” deyib. Sonra qətl hadisəsi baş verib”.
“Məni Ceyhunla tutması barədə söz-söhbət yaydı”
İş üzrə şahid qismində ifadə verən Nazlının ifadəsinə görə, Ceyhun bir-iki dəfə onlara, əri Vüqarın yanına gəlib-gedib: “Ceyhun ya həmyerli kimi Vüqarla söhbət etmək, ya da xarab telefonunu düzəltdirmək üçün gəlib.
Bir gün axşamüstü ərim Vüqar evdə olmayan vaxt Ceyhun gəlib Vüqarı çağırdı. Mən Vüqarın evdə olmadığını dedim. Bu məsələyə görə də qayınatam Ramil məni Ceyhunla birlikdə tutması barədə kənddə söz-söhbət yaydı. Həmin gecə uşaqlarımı əlimdən aldılar. Qayınanam, kürəkənləri və ərim məni döyə-döyə evdən qovdular.
Mən təxminən 4 ay atamın evində qaldım. Barəmdə Ceyhunla bağlı deyilməyən söz qalmadı. Hətta boşanmaq üçün məhkəməyə də müraciət etdim. Lakin Vüqar barışmağımızı xahiş etdiyindən boşanmadım, ər evinə qayıtdım. Daha qohumlardan heç biri məni danışdırmadı.
Hadisə günü mən ərimlə birlikdə dayım qızının oğlunun kiçik toy məclisinə getmişdim. Toyda ərim Vüqar Ceyhunu orada gördüyü üçün dayanmadı. Biz mağardan çıxaraq evə tərəf gedəndə Ceyhun əlində bıçaq arxadan gəldi. Onları ayırmaq üçün aralarına keçdim.
Vüqar yerdən böyük daş götürərək Ceyhunun kürək nahiyəsindən vurdu. Zərbənin təsirindən Ceyhun üzüaşağı yerə yıxıldı. Mən isə qışqırdım. Ceyhun yerə yıxıldıqdan sonra ərimlə yerdə süpürləşməyə başladı. Daha sonra Ceyhun Vüqara bıçaqla xəsarət yetirdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Ceyhun 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 652
Kriminal
Xəbərlər
-
Türkiyəli iş adamına 10 il həbs verildi - 9 milyonluq mənimsəmə
-
“Rahat” supermarketlər şəbəkəsi cərimələnir: Alıcı aldadılıb
-
Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir
-
Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub - Detallar
-
“Best-Tarım“ın satış müdirinə 6 il həbs cəzası - 147 min manatı mənimsəyib
-
Milli Məclisin plenar iclası başladlı - Gündəlikdə 15 məsələ var
-
Qardaşı arvadı Əsədi “satqın” adlandırdı - FOTO
-
“Hər dəfə 10 min, 50 min manat dəyərində vəsait gətirdim“ - MƏHKƏMƏ
-
Mask Orbanla görüşə azyaşlı oğlu ilə qatılıb - Fotolar
-
“Feniks Tekstil Supply” MMC cərimələndi - Ölkədən valyuta çıxardıb
-
Tanınmış hakim təqaüdə göndərildi - Xaçatryana hökm çıxaranlardan biri idi
-
Çin maşınları Azərbaycanda dəbdən düşür? - fərqli rəylər
-
Moskva İrəvandan Ukraynadakı münaqişədə iştirak etməyi xahiş etməyib - Ararat Mirzoyan
-
“Avropa İttifaqı altı aya dağıla bilər” - Robert Fitso
-
Pentaqon Suriyada kimyəvi silahın olduğunu ETİRAF ETDİ
-
Temu insanları belə aldadır: Saxta kuponlar
-
“Buna icazə verməyəcəyik” - Hakan Fidan
-
Azərbaycanda avtomobil şirkəti LƏĞV EDİLİR
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Futbol tarixinin ən yaxşı müdafiəçiləri açıqlandı - Siyahı
-
Colan təpələri əbədi olaraq İsrailin hakimiyyəti altında qalacaq - Netanyahu
-
My.gov hesablarının şifrəsinin başqaları ilə paylaşılması təhlükəlidir - VİDEO
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox hansı rayonlarda ölür? - Tam siyahı
-
Bakıda mənzil 7 milyon manata satılır - VİDEO
-
“Səlahiyyətlərimizi ötürməyə hazırıq“ - Məhəmməd Qazi Əl-Cəlali
-
Masazırda bəzi əraziləri su basıb, sakinlər çətin vəziyyətə qalıb - VİDEO
-
Çində qiymətlər artmır: Hakimiyyət təlaşda
-
Azərbaycanda smartfonlara tələbat artıb - VİDEO
-
Bəşər Əsəd Suriyanı qoyub qaçdı - Türkiyə Prezidenti
-
Elmi işlərin ödəniş qarşılığında yazılması təklif edilir - Bu işə nəzarət edilirmi?
-
“Azercell“ hakim qarşısında - Vaxt açıqlandı
-
Bəzi sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər - VİDEO
-
Suriyanın yeni Baş Nazirin məlum oldu - Məhəmməd Əl-Bəşir kimdir?
-
Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır - TENDER
-
General və polkovniklərin müsadirə olunan əmlakları - Siyahı
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Leyla Əliyeva doğum evini ziyarət etdi - Fotolar
-
Məhkəmə Azər Qasımlı haqda qərar verdi - 4 ay həbs
-
İqbal Məmmədovun şirkəti daha bir tender qanandı - 1,3 milyon vergi borcu var
-
Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir
-
Xəbəri olmadan adına şirkət açılan şəxslər - Onları nə gözləyir?
-
Müdafiə Nazirliyi əhaliyə müraciət etdi - Gəncə ətrafındakı səslərlə bağlı
-
İnam Kərimov Gürcüstandadır - Fotolar
-
Qatarların hərəkət cədvəli dəyişəcək - Bu tarixlərdə
-
Sabah iki rayonda işıq olmayacaq - Xəbərdarlıq
-
Türkiyənin səssiz qələbəsi və Rusiyanın məğlubiyyəti... - Lavrov niyə əsəbləşdi?
-
Bakı metropolitenində stansiyaların çıxışları nömrələnir - SƏBƏB
-
“Gökce” MMC 20 min cərimələndi - Əmək hüquqlarını pozduğuna görə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vəfa Cəlilova da saxta diplomla işləyir? - İDDİA - AÇIQLAMA
-
Nazirlər Kabineti daha iki qanuna dəyişikik edib - Qərar
-
“20 Yanvar“ yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - “Heç bir sənəd mövcud deyil...“
-
35,7 milyon manat Azərbaycana qaytarıldı - Baş Prokurorluğun məlumatı
-
Salyanda “Dollar Rüstəm“in evinə hücum - “Porsche“də 50 min dollar var...
-
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb - FOTO
-
“Növbəti görüşə hazırlıq gedir“ - Paşinyanın müavini
-
“ABŞ-la heç bir mahiyyəti olmayan strateji tərəfdaşlığımız var idi“ - Kobaxidze
-
Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək - Vergi Məcəlləsində dəyişiklik
-
“Əsəd xalqı ilə barışmağa çalışmadı” - Hakan Fidan
-
Prezident bu qanunda dəyişiklik etdi - FƏRMAN
-
Xidməti it almaların arasında külli miqdarda narkotik tapdı - Fotolar
-
Türkiyədə hərbi helikopterlər toqquşdu, ölənlər var - Biri generaldır
-
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - FOTO
-
Məcnun Məmmədov vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sabah arabir yağış yağacaq - PROQNOZ
-
Prezidentdən siyasi partiyalarla bağlı - Fərman
-
Vüqar Qurbanov ona vəzifə verdi - FOTO
-
Türkiyənin turizm cənnəti: Qartal simvollu, sivilizasiyaların beşiyi Diyarbəkir
-
İran Suriya müxalifəti ilə birbaşa əlaqə kanalları yaradıb - KİV
-
1500 məktəbi gözləyən reallıq: Müəllimlər və şagirdlər hansı problemlə üzləşə bilərlər?
-
Xırdalanda yolları su basdı, avtobus quyuya düşdü - Video
-
Polisə tabe olmayıb özünə xəsarət yetirdi - Video
-
Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? - Köhnə casusun yeni “tapşırığı”
-
“İndi heç kimə aşiq deyiləm” - Mbappe
-
Pensiyalar artımla nə vaxtdan veriləcək? - Tarix tarix açıqlandı
-
Bazarlara vergi nəzarəti gücləndirilir: Qanunsuz sahibkarlığı dəstəkləyənlərə qarşı sanksiyalar
-
Xarici maşınları yoxlamaq üçün yaradılacaq “VİN kod“ axtarış sistemi nə vaxtdan işləyəcək? - VİDEO
-
ABŞ-dan Əsəd rejiminə qarşı sərt bəyanat: “Cinayətlərinə görə cavab verəcəklər“
-
FHN FHN təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət etdi - Video
-
Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər
-
“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” - Ərdoğan
-
Avtobusdan istifadə edənlərə sevindirici xəbər - Bu tarixədək...
-
Bakıda yağışlı hava nə qədər davam edəcək? - RƏSMİ CAVAB
-
Cennifer Lopes geyimi ilə heyran etdi - FOTO
-
Bakıda bazarların sayı əhalinin sayına uyğundurmu? - VİDEO
-
Yeni il bayramında xaricə səfər neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Suriyanın köhnə və yeni BAYRAĞI - Fərqi və mənaları nələrdir?
-
Əməyin ən yaxşı qiymətləndirildiyi sahə: Bəs lazımi qədər kadr yetişdirə bilirikmi?
-
Vətəndaşlar pensiya artımlarını nə vaxtdan ala biləcəklər? - VİDEO
-
Bəşər Əsəd və ailəsi Moskvadadır - Rusiya sığınacaq verib
-
Pirşağı sakinlərini bezdirən problemlər: Subasma və rezin qoxusu
-
“Türkiyə Suriyanın yaralarını sağaltmağa hazırdır” - Hakan Fidan
-
Qiymətləri ilə gözü kəlləyə çıxaran obyektlər: Niyə belə bahadırlar?
-
“Biz Suriyada yaşayan dostlarımıza sülh əlimizi uzadırıq” - Benyamin Netanyahu
-
Hikmət Hacıyev Qüdsdə İsrailin xarici işlər naziri ilə görüşdü - FOTO
-
“Tbilisidəki etiraz aksiyasında 14 nəfər yaralanıb“ - Gürcüstan Səhiyyə Nazirliyi
-
Xırdalanda qulağına səslər gələn kişidən dəhşətli əməl: Həyat yoldaşını bıçaqladı
-
“Ölkə tarixində yeni səhifə açılıb“ - Suriya XİN
-
Müdafiə Nazirliyi həftənin icmalını yaydı - VİDEO
-
“100 min erməni ekoaksiyalar zamanı blokadada qalmışdı“ - “Meydan TV“ əməkdaşından sərsəm İDDİA
-
“ABŞ xarici hərbi münaqişələrdən uzaq durmalıdır“ - İlon Mask
-
“Suriyadakı müxalifətin bütün tərəfləri ilə təmasdayıqdır“ - Rusiya XİN
-
Müharibədə Ukraynanın 43 min hərbçisi həlak olub - Zelenski
-
Politoloq Azər Qasımlı saxlanıldı - Nədə ittiham olunur?
-
Suriya Milli Ordusu Mənbici PKK/YPG-nin işğalından qurtardı - VİDEO
-
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşdü - FOTO
-
Xarici investorlar tikinti sektorunda: Xüsusi tədbirlər planına ehtiyac var
-
“Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq“ - Hakan Fidan
-
“Meydan TV”nin əməkdaşları barəsində qərar verildi - 4 ay həbs
-
“Putini yaxşı tanıyıram, hərəkətə keçməyin vaxtıdır” - Tramp
-
Şəmsi Səmədzadə Özbəkistanda saxlanıldı - Nədə ittiham olunur?
-
Yeni yaradılan ixtisasların məzunları iş tapa biləcək? - Açıqlama
-
Mahmud Mahmudov vəfat etdi - FOTO
-
Suriyada yeni sivilizasiya dövrü quracağıq - Əl-Culani suriyalılara müraciət etdi
-
Hava şəraiti dəyişkən buludlu olacaq, arabir yağış yağacaq - Sabah havası
-
Azərbaycanda kimlərin pensiyasının yanvarın 1-dən artacağı MƏLUM OLDU
-
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan ipəkçiliyi təhlükədə: Toxum və qurd problemi
-
“İsrail tankları Suriyaya daxil olub“ - KİV
-
Əsədin hakimiyyəti başa çatdı - Suriya Ordusu təslim oldu
TOP 10
ARXİV