![]() |
|














Azərbaycanda Ermənistan-Fransa bacılarının dəyirmanına kim su tökür? – Türk iş adamı niyə həbsdədir?
Tarix 08.12.22, 14:45 |
|

Fransanın Azərbaycana qarşı münasibəti artıq heç kimə sirr deyil. Bu münasibətlər təkcə siyasəti əhatə etmir. İş dünyasında da Fransa Azərbaycana yaxınlığı ilə bilinən şəxsləri hədəf alır. Bu araşdırmamızda aşağıda oxuyacaqsınız ki, fransızlar Türk iş adamını azərbaycanlıların əli ilə necə vurub.
Bu günlərdə Bakı Ağır Cinayət Məhkəməsində fransız şirkətinin Azərbaycanda olan nümayəndəliyinin müdiri olan türk iş adamının məhkəmə prossesi davam edir. Kimdir bu iş adamı? Bu iş adamı-Mehmet Şahan vaxtilə Fransız firması olan “THALES INTERNATIONAL” şirkətinin Azərbaycandakı nümayəndəliyinin (bilməyənlər üçün gəlirləri və iş həcmi baxımından Azərbaycanın İnvestisiya Holdinqindən belə böyük olan) müdiri vəzifəsinə təyin edilib.
Kimdir bu Mehmet Şahan?
Mehmet Şahan, yüksək səviyyədə fransız dilində danışa bildiyinə görə, həmçinin fransız şirkətləri ilə olan gərginlik zamanında türk insanına ciddi ehtiyac olduğu üçün bu vəzifəyə təyin edilib. İllərlə vəzifəsinin öhdəsindən də gəldiyi üçün bir xəbərdarlığı, töhməti də olmayıb.
Özünün Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bu barədə bunları yazır:
“Mən Mehmet Şahan, Fransada yaşayıb, yüksək səviyyədə fransız dilində danışa bildiyimə görə Fransız şirkətlərinin Azərbaycandakı ofislərində ölkə müdiri vəzifəsində işləmişəm. Son iş yerim olan “Thales İnternational” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin ofisində 2014-cü ildə başlayan ölkə müdirliyi vəzifəm 2021-ci ilin aprel ayında sona çatmışdır. Hava limanı, metro və müdafiə sənayəsi sahələrində bir çox layihə üçün 4-5 işçisi olan rəhbərliyini etdiyim bu ofis sağlam münasibətlər qurub, tender prosedurları həyata keçirib və layihələr alıb. Layihə müqavilələri isə tendərə daxil olan idarə ilə “Thales”in Fransadakı Mərkəzi arasında bağlanıb. “Thales” işləri görərkən yerli tərəfdaş kimi “Modern Construction Company” (MCG) ilə müqavilə bağlayıb və uzun illər partnyor kimi birgə fəaliyyət göstəriblər”.
Elə Mehmet Şahanı həbsə aparan yolda da bu iki şirkət birlikdə hərəkət ediblər.
Belə ki, Makron hakimiyyətə gəldikdən sonra “Thales İnternational” şirkətində də rəhbər vəzifə tutan şəxslər dəyişib. İllərdən bəri şirkətin idarəçiliyini edən yəhudi əsilli Fransa vətəndaşlarının yerinə Makrona yaxın ermənilərin gəlməsindən və ən əsası Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın 20 illik ən yaxın dostu Pierre Mathieu şirkətdə rəhbər vəzifəyə təyin olunduqdan sonra şirkətin Azərbaycan siyasəti 180 dərəcə dəyişib. Elə Mehmet Şahanın da qara günləri bundan sonra başlayıb.
Özü prossesi belə izah edir:
“2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn “Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində “Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər. İşdən çıxarıldığımda bu haqsızlığı qəbul edə bilmədim və münasibətimi illərlə dostum hesab etdiyim MCG sahiblərinə bildirdim. MCG-nin sahibləri adlandırdığım Oyrat Tağıyev və Emin Əliyev adlı milliyəti azərbaycanlı, ancaq Lüksemburqda yaşayan şəxslərdir. “Thales”i məhkəməyə verəcəyimi, bunların Ermənistanın dostu olduğuna görə məni qovduqlarını dedim. Emin Əliyev isə “Thales”in yeni rəhbərliyi ilə yaxın münasibət qurmaq üçün mənim haqqımda şişirdilmiş dezinformasiyalar yaydı”.
Beləliklə, “Thales” tərəfindən M.Şahan ilə bağlı Azərbaycanda olan nümayəndəliyə 7 il rəhbəlik edən Mehmet Şahan tərəfindən şirkətin nümayəndəliyinin gəlir və büdcəsində olan pul vəsaitlərinin mənimsənilməsi və talanması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət edilir. Həmin müraciətdə guya 2014-2021-ci illər ərzində Mehmet Şahan tərəfindən şirkətin çalışanlarının əmək haqları və dövlətin vergi ödənişləri ödənilməmiş, ortalama aylıq 50-60 min avro məbləğində nümayəndəliyə məxsus pul vəsaitinin onun tərəfindən mənimsənildiyi iddia edilir. Lakin hansısa səbəbdənsə bu 7 il ərzində şirkətin baş ofisi tərəfindən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparılmaması nəzərə alınmır (Baxmayaraq ki, şirkət elə rəsmi səhifəsində hər il illik audit yoxlamasının nəticəsini yerləşdirir və orada Azərbaycan nümayəndəliyi ilə bağlı bir neqativ məqam yoxdur).
Yaxşı,bəs prossesdə kimlərin maraqları vardır? Bu sualın tam cavabı bəlli olmadığından, Mehmet Şahanın da aqibəti qaranlıq qalmaqdadır. Ancaq bilinən odur ki, “Thales International”ın Azərbaycanda rəsmi partnyoru MCG firmasıdır və həmin firmaya Mehmet Şahanı fransızların önünə qurban kimi atan Emin Əliyev dayanır. Mehmet Şahanın müraciətindən öyrənirik ki, fransızlara, dolayısı ilə Sərkisyanın yaxınlarına Mehmet Şahanı o satıb. Çünki M.Şahan və Oyrat Tağıyevlə həm də İstanbulun Pendik ərazisinda bina biznesi ilə məşğuldur və o ərazidəki torpağın Mehmet Şahanın adından öz adına keçirilməsini istəyir və istər ikili görüşmələrdə, istərsə də telefon danışıqlarında o torpaqlardan əl çəkməsə, başına müsibət gələcəyi ilə bağlı təhdid edib. Bu barədə Mehmet Şahan açıq-açıq yazmaqdadır. Məsələ orasındadır ki, Lüksemburq azərbaycanlıları adlandırılan hər iki şəxs hər nə qədər güclü olsalar da, həm Türkiyədə, həm də Avropa və Azərbaycanda bu qədər rahat hərəkət etmələri öz güclərinə deyil. Yəqin ki, araşdırılarsa, daha ciddi faktlar və şəxs adları ortaya çıxacaq.
Nəticə etibarilə, MCG -nin rəhbərləri ilə “Thales International”ın maraqları tam üst-üstə düşür və erməni-fransız şirkəti məhz içimizdəki “dost”ları sayəsində Azərbaycanda çalışan bir türk iş adamını tam qanunsuz şəkildə içəridə saxlamağı bacarırlar. Sənədlərlə tanış olandan sonra da məlum olur ki, məsələ maliyyə yox, sırf Azərbaycana münasibətdən gedir. Makronun adamı, Sərkisyanın dostu və onlara bağlı olan azərbaycanlılar Türk iş adamının məhvinə qərar veriblər.
Mehmet Şahanın dörd azyaşlı uşağının məhkəmə qapılarında qalması da kimsəni düşündürmür. Ancaq Mehmet Şahan dərdinin Azərbaycan Prezidentinə anlatılacağı təqdirdə onu qanunsuz şəkildə həbsə atdıranlardan hesab tələb ediləcəyinə də inamı böyükdür. (YeniÇağ.az)
Xəbərin oxunma sayı : 487
Hadisə
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV