Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Azərbaycanda ezamiyyə xərcləri niyə qəpik-quruşdur? – “Rayonlarda bu xərci qarşılamaq qeyri-mümkündür”

Tarix 29.11.23, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir. Belə ki, son ölkəmizdə 5 ildə ezamiyyə xərcləri artırılmayıb. Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

İqtisadçı, deputat Vüqar Bayramov bildiri ki, ötən illərdə illik inflyasiya səviyyəsinə nəzərə alsaq bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz.

“Aydındır ki, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir”, - o əlavə edib.

İqtisadçı hesab edir ki, xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır:“O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər uzun müddətdir ki, dəyişdirilmir”.

Deputatın sözlərinə görə, hətta son 2 ildəki yüksək inflyasiyanın qeydə alındığını nəzərə alsaq bu tariflərin real xərclərdən uzaq olduğunu müəyyənləşdirmək çətin olmaz.

“Bu kontekstdən, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur”, - o qeyd edib.

V.Bayramov hesab edir ki, bu baxımdan, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. 

“Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir”, - iqtisadçı vurğulayıb.



Xəbərin oxunma sayı : 961




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap