“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda hansı müəllim nə qədər maaş alacaq? – Rəqəmlər

Tarix 11.09.19, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin aylıq maaşları ilə bağlı qərar imzalayıb. 

Yenisabah.az hansı müəllimlərin nə qədər maaş alacağı haqda rəqəmləri oxuculara təqdim edir. 

Məlumat üçün deyək ki, müəllimlərin maaşı bir stavka dərs yükü 18 saat olmaqla hesablanıb.

Beləliklə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı aşağıdakı kimidir: 

Pedaqoji stajı 3 ilə qədər olan ali təhsilli müəllimlər 460 manat, orta ixtisas təhsilli müəllimlər isə 420 manat;  

Pedaqoji stajı 3 ildən 8 ilə qədər olanali təhsilli müəllimlər 495 manat, orta ixtisas təhsilli müəllimlər  isə 445 manat;

Pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlər  520 manat, orta ixtisas təhsilli müəllimlər isə 460 manat;

Pedaqoji fəaliyyəti 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlər 555 manat, orta ixtisas təhsilli müəllimlər isə 490 manat;

Pedaqoji stajı 18 ildən yuxarı olan ali təhsilli müəllimlər 595 manat, orta ixtisas təhsilli müəllimlər isə 510 manat aylıq maaş alacaq.

Dövlət ümumi təhsil müəssisələrində çalışan, lakin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin maaşları isə aşağıdakı kimidir.

Pedaqoji stajı 3 ilə qədər olan ali təhsilli müəllimlər 345 manat, bu kateqoriyadan olan orta ixtisas təhsilli müəllimlər isə 315  manat;

Pedaqoji stajı 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlər  371  manat, orta ixtisas təhsilli müəllimlər isə 334 manat;

Pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlər  390 manat, orta ixtisas təhsilli müəllimlər isə 345 manat;

Pedaqoji fəaliyyəti 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlər 416 manat, orta ixtisas təhsilli müəllimlər isə 368  manat;

Pedaqoji stajı 18 ildən yuxarı olan ali təhsilli müəllimlər 446 manat, orta ixtisas təhsilli müəllimlər isə 382 manat aylıq maaş alacaq.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap