“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda yeni “sirli biznes” - işlənmiş, çirkli pampers alırlar

Tarix 06.09.19, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda “İşlənmiş pamperslərin alışı” adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.

BakuPost xəbər verir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.
Bir bez üçün 0.03 qəpik təklif edən naməlum “biznes” nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər.
Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.

Azərbaycanda yeni “sirli biznes”:

“İşlənmiş pampersləri nə edəcəksiz, niyə alırsız” sualının cavabı da müəmmalıdır: “Bu, biznes sirridir”.

Təklif bir qədər iyrənc olsa da, bir çox kasıb ailələr işlənmiş pamperslərin 10-20 ədədini yığıb pul götürməkdə maraqlıdır.

BakuPost-un əldə etdiyi məlumata görə, işlənmiş pamperslər sonradan fabrikdə emal olunub təzə pampers hazırlamaq məqsədilə yığılmır. İşlənmiş pampers biznesi bir çox ölkələrdə var.
Kirli pampersləri bağ-bostan, parnik işlərində istifadə edirlər. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.

Amma Azərbaycanda bu biznesin qanuni olub-olmaması, qaydalara nə qədər əməl edilib –edilməməsi sual altındadır. Görünür, parnik və bostan biznesmenləri məhsuldarlıq və suya qənaət üçün bu metodu seçiblər və onlara kirli pampersləri insanlardan yığan xüsusi bir qrup yardım edir.





Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap