“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq

Tarix 01.02.23, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan Azərbaycanın dost ölkələrindən biridir. Təqdirəlayiqdir ki, Macarıstan, həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür. Macarıstan şirkətləri Azərbaycanda, xüsusilə enerji sektorunda yaxından iştirak edir, hətta ölkəmizə milyard dollardan çox investisiya qoyub.

Azərbaycanla Macarıstan arasında yaxşı münasibətlər mövcud olsa da, ticarət əlaqələri aşağı səviyyədədir. Bunun əsas səbəbi Macarıstanın Avropanın kontinental hissəsində, dənizdən kənarda yerləşdiyi üçün və Azərbaycanın
okeanlara çıxışı olmadığından logistika məsələlərinin çətin həll olunması ilə bağlıdır. Buna baxmayaraq, bu göstərici son dövrlər artmaqdadır.Təbii ki, ölkəmizin Macarıstanla digər siyasi əlaqələrimiz də mövcuddur, qeyri-iqtisadi əlaqələrimiz daha yaxşı vəziyyətdədir. Bu da iqtisadi və ticarət əlaqələrini
yaxşılaşdırmağa imkan verir. Əlaqələrin inkişaf potensialı iki istiqamət üzrədir. Macarıstan Cənub Qaz Dəhlizindən qaz almaqda maraqlıdır, Azərbaycan da bu istiqamətdə Macarıstana qaz satmaqda xüsusi maraq göstərir. Bu, Azərbaycanın satış bazarının diversifikasiyası deməkdir. Həmçinin Azərbaycan bir neçə ildə qaz satışının həcmini artırmağı planlaşdırır. Avropaya qaz ixracının 2027-ci ilə qədər 32 milyard kubmetrə qədər artırılması gözlənilir və bu istiqamətdə Macarıstanla əməkdaşlıq mümkündür.

Digər mühüm bir istiqamət Prezident İlham Əliyevin Rumıniyaya səfəri çərçivəsində dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanmasıdır.
Sazişin mühüm nəticəsi olaraq, bərpaolunan enerji mənbələri üzrə istehsal ediləcək elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə Rumıniya və Macarıstana, həmçinin digər Avropa ölkələrinə ötürülməsi üçün infrastruktur imkanlarının yaradılması nəzərdə tutulub. 

Bu Saziş əməkdaşlığın geniş potensialını yaradır. Hazırda bu layihə üzərində iqtisadi-texniki dəyərləndirmə aparılır. Buradan da müsbət qərarın çıxması gözlənilir ki, Azərbaycan bu xətt vasitəsilə Avropaya 4 qiqavatlıq külək və ya Günəş enerjisi ixrac etsin. Bu, Azərbaycana Macarıstanın enerji bazarına daxil olmağa imkan verir. Həmçinin bərpaolunan enerji mənbələri əsasında istehsal olunan elektrik enerjisinin Avropa bazarına, o cümlədən Macarıstana ötürülməsinə gətirib çıxaracaq. Azərbaycan planlaşdırır ki, yaxın gələcəkdə alternativ enerji mənbələri əsasında elektrik enerjisinin istehsalını ciddi şəkildə genişləndirsin. Bunun da əsas bazarı kimi Avropanı, o cümlədən Macarıstanı görür. Bu istiqamətdə əməkdaşlığın geniş potensialı mövcuddur. Həmçinin yanvarın 29-da Macarıstana rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Macarıstanın Baş naziri Viktor Orban ilə görüşlərində macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır.

Tamam Bağırlı



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap