![]() |
|














Böyük geosiyasi güclər və yeni dünya düzəni:qeyri-müəyyənlik və risklərdən xilas modeli varmı?
Tarix 07.08.19, 10:28 |
|

Mütəxəssislər dünya nizamının dəyişiklik zərurəti qarşısında qaldığını vurğulayırlar. Onlar hesab edirlər ki, artıq qlobal səviyyədə nizam qaydaları yenilənməlidir. Lakin bunun konkret olaraq hansı istiqamətdə və hansı şərtlər daxilində baş verməli olduğu barədə ortaq fikir yoxdur. Fərqli təkliflər və proqnozlar verilir, mümkün ssenarilərdən bəhs edilir. Real gedişatın necə olacağı haqqında konkret mövqe isə müşahidə edilmir. Bununla yanaşı, bir neçə nəzəri ssenarilər ifadə edilir. Onların geosiyasi analizi qlobal nizamın yeniləşmə dinamikası haqqında müəyyən təsəvvürlər əldə etməyə imkan verir. Həmin çərçivədə dünya nizamının dəyişməsi modelləri üzərində geniş dayanmağa ehtiyac görürük.
İki əsas ssenari: şanssız şanslılar
Maraqlıdır ki, dünyanın geosiyasi mənzərəsi haqqında tədqiqatçıların araşdırmaları davam edir, lakin ortaq bir yanaşma hələ də mövcud deyil. Sanki geosiyasi dinamika alimlərin tədqiqatlarının məntiqini və metodologiyasını qabaqlayır. Bu, özlüyündə paradoksal vəziyyətdir və bütövlükdə qlobal miqyasda riskləri, qeyri-müəyyənliyi və gözlənilməz hadisələri artırır. Ancaq hər nə olsa, reallıq bundan ibarətdir və görünür ki, yaxın illərdə vəziyyət köklü surətdə dəyişməyəcək.
Buna baxmayaraq, nəzəri olaraq geosiyasi konsepsiyalar çərçivəsində fərqli yanaşmalara cəhdlər də özünü göstərir. Bizim üçün daha maraqlı olanı müasir elmi yanaşmalarda mövcud olan metodologiyaları dünya sisteminin təhlilinə tətbiq etmək cəhdlərinin müşahidə edilməsidir. Bu baxımdan qlobal geosiyasi nizamın mümkün ssenariləri ilə bağlı analitik və proqnostik tezislərin formalaşdırılması da aktuallıq kəsb edir.
Ümumiyyətlə, müasir geosiyasi düzənlə əlaqəli bütün yanaşmalarda ortaq olan bir məqam mövcuddur: müasir dünya daha mürəkkəb bir sistem halına gəlib, proseslər ziddiyyətlər və qeyri-müəyyənliklərlə xarakterizə olunur, risklər və gözlənilməzlik artır. Bu ümumi xarakteristika fonunda daha konkret səviyyədə hazırda böyük güc kimi qəbul edilən dövlətlərdən hər birinin fərqli yanaşdığı qəbul edilir.
Belə çıxır ki, yalnız real geosiyasi proseslər mürəkkəb və ziddiyyətli təsəvvür edilmir, həm də böyük güclərin hazırkı dönəmdə yaranmış mənzərəyə münasibətlərində bir qeyri-müəyyənlik mövcuddur. Bəlkə də, proseslərin real qeyri-müəyyənliyindən bu məqam daha riskli görünür. Çünki problemi həll etmək üçün oyunçuların aydın və konkret mövqeyinin olması şərtdir.
Deməli, geniş aspektdə baxsaq, müasir qlobal geosiyasətin problemi yalnız real müstəvidə müşahidə edilən qeyri-müəyyənlikdə deyil, həm də bu mənzərəyə əsas oyunçuların yanaşmasında gözə çarpan qeyri-müəyyənlikdədir. Məsələnin konseptual həllinin başlanğıc nöqtəsinin və son nəticənin də bu prizmadan axtarılması elmi cəhətdən daha doğru olardı.
Rusiyalı alim İvan Timofeyevin bir məqaləsində həmin kontekstdə maraqlı təhlil aparılır (bax: Иван Тимофеев. Новая анархия? Сценарии динамики мирового порядка / РСМД, 2 avqust 2019). Müəllif müasir dünya sistemini bir neçə ssenari üzrə transformasiya etmək imkanlarını araşdırır. Onlar üzərində geniş dayanmaq fikrimiz yoxdur, çünki bizim öz yanaşmamız vardır. Lakin qlobal geosiyasətin ssenarilərinin analizi İ.Timofeyevin yazısında maraqlı formada verilib.
Dünya nizamının gələcəyi haqqında diskussiyaların iki əks nöqteyi-nəzərə bölündüyü vurğulanır. Birinci mövqeyə görə, “soyuq müharibə” bitəndən sonra dünya qəti olaraq liberal düzənə keçdi. Obrazlı olaraq, onu “qaydalara əsaslanan nizam” adlandırırlar. Lakin “qayda” dedikdə, Qərb standartlarına uyğun fəaliyyət nəzərdə tutulur. Bu mənada söhbət ümumdünya və ya bəşəri qaydalardan getmir, konkret olaraq Qərb ölkələrinin formalaşdırdığı meyarları bütün dünyaya aid olduğu kimi qəbul etdirməkdən gedir. Təbii ki, bu çərçivədə Qərbin üstünlüyü avtomatik qəbul edilir və dünyanı “birqütblü” adlandırmaq onlara sərf etmir. Əksinə, dünya qütbləri olmayan, hər bir ölkənin azad tərəqqi etmək şansına malik olduğu, universal qaydalarla qarşılıqlı münasibətlər qurulduğu sistem kimi təqdim edilir. Yekun olaraq, dünyanın sabitliyindən, qarşılıqlı asılılığından və inkişafından hamı qazanır (bax: əvvəlki mənbəyə).
Buna əks olan yanaşmaya görə isə liberal dünya nizamı qeyri-stabildir və böhran vəziyyətinə yaxındır. Bu yanaşmaya görə, dünya faktiki olaraq birqütblüdür, çünki ABŞ və müttəfiqlərinin hegemonluğuna əsaslanır (bax: əvvəlki mənbəyə). Ancaq bu model perspektivli sayılmır. Yeni güc mərkəzlərinin yaranması isə alternativlərin meydana gəldiyini ifadə edir. Buna görə də həmin yanaşmanın tərəfdarları çoxqütblü dünya modelini irəli sürürlər. Bu modelə görə, dünya bərabərhüquqlu tərəfdaşlar cəmiyyətidir, BMT başda olmaqla, beynəlxalq təşkilatların proseslərin tənzimlənməsində rolu böyükdür.
Qütblü dünya: qütbsüzlüyə doğru
Bunlardan başqa, mütəxəssislər ən azı daha iki yanaşmadan bəhs edirlər. Onlardan biri dünyanın qütbsüz olmasından ibarətdir. Bu model üçün xaotik və sürətlə dəyişən dünya, “hamının hamıya qarşı müharibəsi”, ənənəvi institutların iflası xarakterikdir (bax: əvvəlki mənbəyə). Maraqlıdır ki, milli dövlətçiliyin də bu yanaşma çərçivəsində iflas etməkdə olduğu iddia edilir. Aydındır ki, bu yanaşmada dünyanın yeni balanslı vəziyyətə keçidi deyil, tamamilə xaosa düçar olması və ondan sonra prinsipial olaraq yeni nizamlı vəziyyətin meydana gəlməsi qəbul edilir. O da vurğulanır ki, həmin yanaşma akademik tədqiqatlar çərçivəsindən kənara çıxa bilməyib.
Nəhayət, sonuncu ssenari ondan ibarətdir ki, yeni ikiqütblü dünyanın formalaşması prosesi gedir. Lakin bu yanaşmanın başlıca sualı ikinci qütbün kim olmasında konkretliyin olmaması ilə bağlıdır. İkinci qütb rolunu oynaya biləcək güc hələ də dəqiq deyil. Namizədlər mövcuddur: Çin, Rusiya, Hindistan, Avropa İttifaqı, Yaponiya və s. Bunlar da qətiyyətlə ikinci qütb olmaqdan çox, ya liberal modelə uyğunlaşıblar (Avropa İttifaqı, Yaponiya və s.), ya da çoxqütblülükdən danışıblar (Rusiya, Çin, Hindistan və başqaları) (bax: əvvəlki mənbəyə). Bu zaman onlar bu cür mövqe tutduqlarına görə müəyyən dərəcədə “mükafatlarını” da alıblar. Deməli, dolayısı ilə birqütblü dünya modelinə xidmət ediblər. Bir sıra ekspertlər Çinlə bağlı məhz bu kontekstdə fikirlər irəli sürüblər.
Bunların fonunda daha maraqlısı ondan ibarətdir ki, ekspertlər dünyanı bu dərəcədə mürəkkəbləşdirən gücün alternativlər sırasında olmadığını, hazırda qlobal lider kimi qəbul edilən ABŞ-ın vəziyyəti qeyri-müəyyən etdiyini iddia edirlər. Yəni faktiki olaraq artıq formalaşmış postbipolyar dünyanı Amerika “qarışdırır”. Bunu mütəxəssislər beynəlxalq münasibətlərdə “unikal mərhələ” adlandırırlar. Çünki qlobal liderin dünya nizamını transformasiya etdiyi məlumdur, lakin bunu hansı məqsədlə həyata keçirdiyi barədə konkret təsəvvürlər yoxdur. Vaşinqtonun məqsədi nədir: dünyada öz xeyrinə dəyişiklik etməkmi, yeni alternativləri qorxutmaqmı, yoxsa digərlərini sistem səhvləri etməyə təhrik edərək, ondan istifadə etməkmi? (bax: əvvəlki mənbəyə).
Bu müddəaların fonunda Donald Trampı “dağıdıcı fiqur” rolunda görənlər yanılırlar. Bir müddət sonra dünyanın öncəki düzənə qayıdacağı nəticəsi inandırıcı görünmür. Hansısa fundamental proseslər gedir. Onun əlaməti kimi, aşağıdakı tezis irəli sürülür: “…böyük oyunçular əvvəlki kimi deyillər: Çin köhnə nizam üçün çox böyükdür, Rusiya onun üçün son dərəcə inadkar və sərbəstdir, Avropa İttifaqı daha çox avtonomdur” (bax: əvvəlki mənbəyə).
Bu müqayisələrdən hansı geosiyasi nəticəni çıxarmaq olar? Belə təəssürat yaranır ki, qlobal geosiyasət hazırda konkret bir modelə uyğun gəlmir. Onu dünyanın böyük dövlətləri “silkələyib” köhnə nizamlılıqdan çıxarmağa çalışırlar. Bu zaman ABŞ, Rusiya, Çin və Avropa İttifaqı başlıca oyunçular təəssüratı bağışlayırlar. O halda qlobal geosiyasi mənzərənin dəyişmə dinamikasının həmin qüvvələr arasında münasibətlərin məzmunundan asılı olacağı qənaəti alınır. Bu isə tam qeyri-müəyyənlikdir. Çünki vurğulanan güclərin bir-birini tam məğlub etmək imkanları yoxdur, eyni zamanda, geri çəkilmək niyyətini də nümayiş etdirmirlər.
Bunlardan belə nəticəyə gələ bilərik ki, qlobal geosiyasətdə hansı modelin qalib gələcəyini proqnozlaşdırmaq xeyli çətindir və hətta indiki mərhələdə mümkün deyil. Görünür, hələ bir müddət dünya “idarəedilən xaos dəhlizi”ndə qalacaq. Ondan sonra təkqütblü, ikiqütblü və ya çoxqütblü dünya nizamının formalaşacağını zaman göstərəcək. Hətta heç bir qütbü olmayan, çox sayda aparıcı qüvvəsi olan bir dünya da yarana bilər. Əsas odur ki, yeni nizam hər bir xalqa və ölkəyə sülh, rifah və əmin-amanlıq gətirsin. Deyəsən, müasir dünyanın həll edilməyən başlıca məsələsi də elə bundan ibarətdir. Böyük oyunçular xalqların rifahını düşünmürlər. Bu düşüncəni necə dəyişməli? Bu sualı isə heç qoymurlar!
Newtimes.az
Xəbərin oxunma sayı : 376
Analiz
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV