Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş redaktor Əli Əsədova müraciət ünvanladı - “Jurnalistlərin peşə fəaliyyətlərinə hansı güzəştlər tətbiq edilib?”

Tarix 27.03.20, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


“RealMedia.az” xəbər portalının baş redaktoru Ramin Məhəmmədoğlu Azərbaycanın Baş Naziri cənab Əli Əsədova müraciət ünvanlayıb.

Baş redaktor müraciətində ölkədə koronavirus təhlükəsinə qarşı tədbirlərin görüldüyü bir vaxtda, jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirmələri üçün hansısa güzəştlərin nəzərdə tutulub-tutulmayacağına, məhdudiyyətlərin fonunda media işçilərinin öz vəzifələrini yerinə yetirərkən informasiya əldə etmələrinə hansı köməkliklərin göstəriləcəyi məsələlərinə aydınlıq gətirilməsini xahiş edib:

“Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkədə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün müvafiq qərarlar qəbul olunur, tapşırıq və tövsiyələr verilir.

Belə bir vəziyyətdə jurnalistlərin peşə fəaliyyətlərinə hansı güzəştlər tətbiq edilib? Onlar, belə durumda öz peşə borclarını necə yerinə yetirə, informasiyalar əldə edə bilərlər?

Nəzərə alsaq ki, koronavirusla bağlı qəbul olunmuş qərarlardan doğan çağırışlar və tövsiyələr ictimaiyyətə məhz media (saytlar və televiziyalar) vasitəsi ilə çatdırılır, bu nöqteyi-nəzərdən medianın üzərinə mühüm bir vəzifə, insanların bu istiqamətdə dolğun, dürüst məlumatlandırılması öhdəliyi düşür.

İnsanlar koronavirus infeksiyasından necə qorunmaları, eləcə də xüsusi rejim şərtlərinə necə əməl etmələri, qəbul olunmuş qərar və tövsiyələri və.s barədə bütün zəruri bilgiləri daha çox media üzərindən əldə edir, öyrənirlər. Belə hallarda isə media həm bir ictimai forum olaraq, həm də ictimai nəzarət funksiyasını yerinə yetirməklə qəbul olunmuş qərarların icrasından irəli gələn tapşırıq və tövsiyələrin aidiyyəti təşkilat və qurumlar tərəfindən yerinə yetirilməsinin səmərəliliyinin yüksəldilməsində, sakinlərin marifləndirilməsi prosesində, eləcə də əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün görülən işlərdə daha çox maraqlıdırlar.

Belə məqamlarda jurnalistlər daha çox bölgələrə ezamiyyət götürməyə ehyiyac duyurlar. Bu cür hallarda jurnalistlərə hansı güzəşt və qadağalar tətbiq olunub? Və yaxud da onların rayonlara gediş-gəlişi proseduru müəyyənləşdirilibmi?

Düşünürəm ki, qeyd etdiyim hallara Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın aydınlıq gətirməsi zəruridir. Bu halların aydınlaşdırılması yaranmış şəraitdə jurnalsitlərin də peşə fəaliyyətini tənzimləmiş olardı”.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap