Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək – Açıqlama

Tarix 22.09.20, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək.

İdarədən AzFakt.com-a verilən məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.

Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.

Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur. Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap