Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakıdan çıxış da qadağan edildi - Ölkə ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Tarix 23.03.20, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 24-də saat 00:00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələri, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı qadağan edilir.

DİN Baş DYP İdarəsindən "Report"a verilən məlumata görə, məhdudiyyət müddətinin artırılması, həmçinin qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakşılarının diqqətinə çatdırır ki, hazırda qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız bir dəfə qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılacaq.

DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə sürücülərdən xahiş edir ki, qadağanın martın 23-dən 24-nə keçən gecə qüvvəyə minməsi nəzərə alınsın və hər bir ölkə vətəndaşının sağlamlığının qorunması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminə ciddi riayət edilsin. 

Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırlır. 

Həmçinin, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.

Bu fikirləri xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə KİV və ictimaiyyət nümayəndələrindən verilən suallara cavabında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Bugünə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəyi barədə suala cavabında DİN rəsmisi deyib: “Bəli, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinin necə olacağına gəlincə, onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir: “Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər”.

“Sonda onu da qeyd edim ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar”, - deyə DİN rəsmisi bildirib.



Xəbərin oxunma sayı : 1600




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap