Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakının iki peşə məktəbində vərəmə yoluxma - Rəsmi açıqlama

Tarix 06.05.26, 9:18

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb.

Sözügedən təhsil müəssisəsində bir neçə tələbədə vərəm şübhəsi qeydə alınıb və bu səbəbdən tədrisin müvəqqəti dayandırıldığı bildirilir.

Tələbələr tibbi müayinələrdən və analizlərdən keçmək üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

Oxşar vəziyyətin 5 nömrəli Bakı Peşə Məktəbində də müşahidə olunduğu iddia edilir. Bildirilir ki, həmin təhsil ocağında da vərəm şübhəsi olan tələbələr aşkar edilib və onlar da tibbi yoxlanışlara cəlb olunublar.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Tədrisin dayandırılması isə həm tələbələr, həm də valideynlər arasında narahatlıq və müzakirələrə səbəb olub.

Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova peşə təhsil müəssisələrinin bağlanmasıyla bağlı iddianı təkzib edərək tədrisin davam etdiyini bildirib.

“Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 5 nömrəli Bakı Peşə Məktəbi ilə bağlı yayılan iddialar aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır.

Bildiririk ki, tədrisin müvəqqəti dayandırılması yalnız müvafiq qurumların qərarları əsasında, tələbələrin sağlamlığı və təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir.

Müəssisələrdə sanitar-epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır və zəruri profilaktik tədbirlər görülür”, - deyə verilən açıqlamada qeyd edilib.

Qeyd edək ki, agentliyin verdiyi açıqlamada tədrisin dayandırıldığı inkar edilsə də, valideynlərin və tələbələrin saytımıza verdiyi məlumata görə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 1 aydan çoxdur ki, dayandırılıb.

Müəssisənin pedaqoji heyəti, tələbələri yoxlanışlara göndəriliblər, hazırda isə məktəbdə dezinfeksiya işləri aparılır.



Xəbərin oxunma sayı : 121




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap