Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Banklar dollar almaqdan niyə imtina edir? – Sonuncu hərracda satış olmayıb...

Tarix 26.01.23, 9:07

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub.

Valyuta tələbinin kəskin azalması nə ilə bağlıdır?

İqtisadçı Samir Əliyev bildirir ki, bu, ilk belə haldır. “Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51.2 milyon, 35 milyon, 18.7 milyon, 1.5 milyon dollar olub və nəhayət, sonuncu hərracda tələbat olmayıb”.

İqtisadçı xatırladır ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon satılıb. “Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub, - o xatırladıb.

Samir Əliyev deyir ki, kəskin azalma ilə bağlı ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır: “Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi. Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki, əslində əksinə olmalıdır”.

S.Əliyev deyir ki, Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğunun, habelə ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi də səbəblər sırasında ola bilər.



Xəbərin oxunma sayı : 601




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap