Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Belarusda müxalif idmançılara qarşı total təzyiq - Daha iki atlet yarışdan çıxarılıb

Tarix 12.01.22, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


Belarusda 2020-ci ilin prezident seçkisindən sonra diktator Aleksandr Lukaşenkonun repressiyaları əsnasında çox sayda idmançı təqib olunub. Belarusun iki xizəkçisi də bu sıradadır, onlara yarışlardan çıxarıldıqlarını bildiriblər. Ölkənin idman rəsmiləri idmançıları siyasi müxalifəti dəstəkləməkdə ittiham ediblər.

Svetlana Andryuk və Darya Dalidoviç "Reuters" agentliyinə deyiblər ki, Belarus Xizəkçilik İttifaqı onların fərdi idmançı qeydiyyatını ötən ay ləğv edib və onlar bu səbəbdən Beynəlxalq Xizəkçilik Federasiyasının, Pekin Olimpiadasının seçmə yarışları da daxil beynəlxalq idman turnirlərində iştirak edə bilməyəcəklər.

Andryuk və Dalidoviçin dediyinə görə Belarusun Xizəkçilik Federasiyasının rəhbəri Aleksandr Daraxoviç noyabr ayında onların yarışlarda iştirakına qadağan qoyulması barədə göstəriş verib. Həm də Minsk merinin müavini olan Daraxoviçlə danışmaq mümkün olmayıb.

Beynəlxalq Xizəkçilik Federasiyası "Reuters" agentliyi ilə söhbətində idmançıların qeydiyyatının ləğv olunduğunu təsdiqləyib.

22 yaşlı Andryuk deyir ki, o öz siyasi baxışlarını heç vaxt açıq ifadə etməyib. İdmançı əlavə edib ki, o ölkədə baş verən siyasi hadisələrdə neytral mövqe tutub. 17 yaşlı Dalidoviç isə güman edir ki, ona qarşı belə addım atılmasına atasının siyasi baxışları səbəb ola bilərdi. Onun atası, yeddi dəfə olimpiada iştirakçısı Sarhey Dalidoviç 2020-ci ildə anti-Lukaşenka etirazlarında iştirak edib.

Belarus İdmanla Həmrəylik Fondu yanvarın 11-də sosial mediada bildirib ki, hər iki xizəkçinin beynəlxalq yarışlara buraxılması üçün Beynəlxalq Xizəkçilik Federasiyasına müraciət edilib.

Belarus İdmanla Həmrəylik Fondu 2020-ci ilin avqustunda təqaüddə olan Belarus üzgüçüsü Aleksandra Herasimenya tərəfindən təsis edilib. Bu fond hakimiyyət tərəfindən təqiblərə məruz qalan idmançılara maliyyə və hüquq dəstəyi verir.

Bu yaxınlarda Belarusun idman rəsmiləri qaçışçı Kristina Tsimanavskayanı Tokio Olimpiadasından zorla Belarusa göndərməyə çalışmışdlar. 

O həmin rəsmiləri sosial mediada tənqid etmişdi. Buna görə idmançı Tokiodakı Polşa səfirliyinə sığınmış və iki gün sonra təyyarə ilə Varşavaya çatdırılmışdı. O hazırda Polşada siyasi sığınacaq alıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 811




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap