“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqan icra hakimiyyəti açıqlama yaydı - “Vaqif” firması ilə bağlı

Tarix 04.09.19, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə bir sıra saytlarda Beyləqan rayon İcra Hakimiyyətinin quruculuq və abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalibinin “Vaqif” adlı firmanın olması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda əks olunur ki, bir milyon manat dəyəri olan tenderi qazanan şirkətlə bağlı kifayət qədər şübhəli məqamlar var. Dövlət vəsaitinin etibar olunduğu “Vaqif” firmasının nə rəsmi saytı, nə də sosial şəbəkə hesabı, heç firmanın hüquqi ünvanı, əlaqə nömrəsinin olmadığı yazılır.

Beyləqan rayon icra hakimiyyəti yazılanlarla bağlı bildirir ki, “Vaqif” firması 1997-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində (VÖEN  1000959981) qeydiyyatdan keçmiş, Nizamnamə əsasında fəaliyyət göstərir. Firmanın direktoru Qəhramanov Qəhraman Qiyas oğludur.

İcra hakimiyyəti “Vaqif” firmasının Bakı şəhəri, eləcə də bölgələrdə dövlət əhəmiyyətli inzibati binaların təmir, abadlıq və quruculuq  işləri həyata keçirdiyini qeyd edir. 

Belə ki, “Vaqif” firması  2013-2016-cı illərdə Bakı şəhərində M.Ə Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı BXŞ-nı, Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasını, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmişnləşdirilməsi İnstitunu, Sumqayıt şəhər 1 saylı Xəstəxanasını, Buzovna qəsəbəsi Respublika Uşaq Sanatoriyasını,  Nizami rayon 11 saylı BŞX-nı, Yeni Yasamal massivində pol-ka, TTY və Uşaq Poliklinkasını, Biləsuvar ray,Mərkəzi Xəstəxanasının təmir tikinti işlərini həyata keçirmişdir.

Bildiririk ki, Beyləqan rayon icra hakimiyyəti abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı 08 avqust 2019-cu il tarixdə açıq tender keçirmiş, tenderdə iştirak edən “Vaqif” firması tenderin qalibi elan edilmişdir.

Hazırda da sözügedən “Vaqif” firması Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq və quruculuq işlərinin həyata keçirilməsi prosesində işlərinə başlamışdır.

Beyləqan rayon icra hakimiyyəti olaraq bildiririk ki, son aylarda rayonumuzda aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq istəyən media nümayəndələrini rayonumuza dəvət edirik.



Xəbərin oxunma sayı : 1030




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap