Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Beyləqanda “Sandıq” milli geyimlər studiyasının açılışı olub - Fotolar

Tarix 27.11.24, 10:46

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının zəngin mədəni irsini təbliğ etmək məqsədilə yaradılan “Sandıq” milli geyimlər studiyasının açılış mərasimi keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərliyi, Xalq rəssamı Arif Hüseynov və digər incəsənət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirakçılara “Sandıq” milli geyimlər studiyasının fəaliyyəti barədə geniş məlumat verilib. Slayd təqdimatında studiyanın məqsədlərindən, fəaliyyət sahələrindən və xidmətlərindən bəhs edilib. Burada həmçinin, milli geyimlərin peşəkar dizaynerlər tərəfindən hazırlanacağı, əl işi naxışlarla bəzədiləcəyi və bu geyimlərin müxtəlif tədbirlər üçün istifadə olunacağı qeyd edilib.

Daha sonra qonaqlar studiyada tarixi ənənələrimizi əks etdirən əlvan naxışlarla bəzədilmiş milli geyim nümunələri ilə tanış olublar.

Tədbir rəsmi çıxışlarla davam edib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərimizin yaşadılmasında vacib rol oynayır.

Tədbir çərçivəsində iştirakçılara çay-kofe fasiləsi təqdim olunub, tar və kamança müşayiətində milli musiqilər səsləndirilib.

Tədbir Azərbaycanın mədəni irsinə dəyər verən bütün iştirakçıların alqışları və yüksək qiymətləndirməsi ilə yekunlaşıb.





Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap