“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda məktəb binası uşaqları xəstələndirir: Ayaqyolu bu il olacaq, yeni bina isə... - FOTO/VİDEO

Tarix 18.01.23, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda kənd məktəbi bərbad vəziyyətdədir. 

Bu barədə Oxu.Az-ın redaksiyasına Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbə sakinləri tərəfindən şikayət daxil olub.

Sakinlər iddia edirlər ki, məktəbin vəziyyəti ürəkaçan deyil:

“Şagirdlər soyuqda sinif otağında otururlar. Valideyn olaraq biz bu vəziyyətdən narazıyıq. Məktəb üçün nə yol, nə sinif otaqları bərpa edilir. Bu məktəb kimi fəaliyyət göstərən binaya heç bir müvəqqəti şərait yaratmaq olmazmı? Uşaqlar xəstələnir, dərsə gedə bilmirlər”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsi R.Quliyev adına tam orta məktəb binası 1967-ci ildə inşa edilib:

“Mütəxəssislər tərəfindən məktəb binasına baxış keçirilib və yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Məlumat üçün bildiririk ki, Yeni Mil qəsəbəsi R.Quliyev adına tam orta məktəb üçün yeni binanın tikintisinə növbəti illərin investisiya proqramları çərçivəsində baxılacaq. Eyni zamanda, bildiririk ki, cari ildə məktəbdə yeni sanitar qovşağın tikintisi nəzərdə tutulub.

Əlavə olaraq qeyd edirik ki, məktəb odun sobası ilə qızdırılır. Məktəbə təqdim edilən soba saylarına uyğun olaraq 100% odun tədarük edilib. Hər iki məlumatı aşağıdakı cədvəllərdə diqqətinizə çatdırırıq”.









Xəbərin oxunma sayı : 1582




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap