Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - VİDEO

Tarix 10.08.24, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkərlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında insident baş verməsi ilə bağlı görüntülər paylaşılıb. Qaynarinfo-nun məlumatına görə, iddia edilir ki, insident Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasovla, xəstəxanaya pasiyent kimi gələn Əlicavad Gənciyev arasında baş verib. 

Görüntülərdə şöbə müdiri Ülvi Abbasovun pasiyentə hücum edərək yumruq atması əks olunub. İddia edilir ki, ixtisasca nevroloq həkimin atdığı yumruq pasiyentə, vurduğu təpik isə yanında olan 5 yaşlı azyaşlıya dəyib. 

Məsələ ilə bağlı, DİN -in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,Vətəndaş Əlicavad Gənciyev avqustun 8-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Hazırda həmin müraciət əsasında təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında daha əvvəl də direktorla işdən çıxarılan işçi arasında dava baş verməsi ilə bağlı məlumat yaymışdıq.  Belə ki, xəstəxananın direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün dava salmışdı. 









Xəbərin oxunma sayı : 1225




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap