Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Broyler, ASC, maşınlar... - 96 dövlət əmlakı hərraca çıxarıldı

Tarix 18.06.19, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 iyulda keçiriləcək.

AzFakt.com Komitəyə istinadla xəbər verir ki, budəfəki hərraca ümumilikdə  96 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar  cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsi üzrə seçim edə bilər. 

Paytaxtda və bölgələrdə yerləşən kiçik dövlət əmlakları qiymət, sahə və fəaliyyət baxımından müxtəlifdir. Özəlləşdirməyə çıxarılan bu dövlət obyektlərinin sahəsi 12.2 kv.m ilə 3.1 min kv.m arasındadır.

 Potensial investorlar biznes planlarına uyğun olaraq yardımçı təsərrüfat, əmlak kompleksləri, xidmət və ticarət obyektləri üzrə seçim edə bilər. Sahəsi 1712.1 kv.m olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Obyektin özəlləşdirilməsi investor üçün xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanları yarada bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu növ növ dövlət əmlaklarından  7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76.2 kv.m-dir.  

Səhmdar cəmiyyətləri inşaat, kəndkimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. 

Budəfəki hərraca "Ucar İnşaat Xidmət", "Şıxlar Broyler”, "Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30%-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb. 

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1986-2007 illəri əhatə edir. 

Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları Nissan, Hyundai , Kia və digər markalara aiddir.



Xəbərin oxunma sayı : 196




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap