Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu gün Vaşinqtonda BƏƏ -İsrail sazişi imzalanır - İrana qarşı yeni alyans formalaşır?

Tarix 15.09.20, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün - sentyabrın 15-də ABŞ Prezidenti Donald Tramp Ağ evdə imzalama mərasimi təşkil edəcək, İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn münasibətlərin normallaşması sazişləri imzalayacaqlar.

3 noyabr prezident seçkisi öncəsi Yaxın Şərqdə xarici siyasətinin uğur qazandığını göstərmək istəyən Tramp sazişləri həqiqətən tarixi və Yaxın Şərqdə sülhün gələcəyi üçün "həlledici an” adlandırıb.

Avqustun 13-də Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və BƏƏ-dən Şeyx Məhəmməd bin Zayed iki ölkənin razılaşma əldə etdiyini açıqlayıb.Razlaşmada İsrail fələstinlilərin tutduğu Qərb sahilin ilhaqı planlarını dayandırmağı vəd edir.

Sentyabrın 11-də İsraillə Bəhreyn arasında oxşar razılaşma əldə olunduğu açıqlanıb. Bundan öncə Tramp, Netanyahu və Bəhreyn Kralı Hamad bin Əl Xəlifə arasında telefon danışığı keçirilib.

“Bu iki dinamik cəmiyyət və qabaqcıl iqtisadiyyat arasında birbaşa dialoqun vəəlaqələrin qurulması Yaxın Şərqdə müsbət transformasiyanı davam etdirəcək, regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, – bəyanata vurğulanır.

Razılaşmada İrana qarşı qeyri-rəsmi alyans da nəzərdə tutulur. Dövlət katibi Mayk Pompeo deyib ki, bu razılaşmalar Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra İsrailin təcrid olunacağına dair bəzi proqnozların əksini göstərir.

“Körfəz ölkələrinin hər biri İran İslam Respublikasından gələn təhdidin çox, çox real olduğunu anlayır. İndi onlar birlikdə işləyir, təhlükəsizlik və iqtisadi münasibətlər qururlar…” – Pompeo sentyabrın 14-də “Fox News”a deyib.

Tramp daha çox ərəb və müsəlman ölkəsinin bu yolla gedəcəyini bildirib. Ancaq İran, Türkiyə və fələstinlilər razılaşmaları yaxşı qarşılamayıblar. İranın Xarici İşlər Nazirliyi avqustun 14-də sazişi “BƏƏ-nin Fələstin xalqı və bütün müsəlmanların kürəyindən ədalətsizcəsinə sancdığı xəncər” adlandırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, region xalqları BƏƏ-nin bu riyakar davranışını heç vaxt unutmayacaqlar.

Fələstinin Qəzzəyə nəzarət edən "Hamas" hərəkatının sözçüsü razılaşmanı pisləyib.

Xatırladaq ki, İran İsrail-Bəhreyn razılaşmasını da imzalanandan bir gün sonra pisləyib. Xarici İşlər Nazirliyi Bəhreyni Trampın təkrar seçilməsi naminə fələstinlilərin uzun müddətdir davam edən əzablarını qurban verməkdə ittiham edib. (azadliq.org)



Xəbərin oxunma sayı : 295




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap