Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Bu mənzillər boşanma zamanı bölünə bilməz - SƏBƏB

Tarix 26.02.24, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


"Dövlət tərəfindən verilmiş mənzillər birbaşa sərəncamla verilir. Sərəncamla verilən mənzillərin satılması arzulolunan deyil, çünki bu məzillər həmin şəxslərin ev probleminin aradan qaldırılması üçün verilir”. 

AzFakt.com xəbər verir ki, bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dövlət tərəfindən verilən mənzillər haqqında danışarkən deyib. 

Elnur Fərzəliyev əlavə edib ki, Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər dövlət tərəfindən 10 minlərlə mənzil müxtəlif şəxslərə verilib:
"Bu şəxslərin sırasında mühəribə veteranları, şəhid ailələri, elm adamları, sənət adamları və digər kateqoriyadan olan müxtəlif şəxslər var. Həmin insanların ev problemləri növbəli şəkildə mütəmadi olaraq aiddiyatı qurumlar tərəfindən həll edilir. Bəzi müəsisələr var ki, onların özünə də dövlət tərəfindən torpaq sahəsi ayrılıb, orda çalışan şəxslərə evlə təmin edilib.

Hətta bəzi universitetdə çalışan evsiz müəllimlərin də ev problemi bu yolla həll edilib. Kirayədə qalan elə az təminatlı ailələr  var ki, bununla bağlı rəsmi məlumat verib, kirayə müqaviləsini təqdim edirsə, dövlət tərəfindən dəstək verilir. Bundan başqa evi olmayıb, ev növbəsində olan hərbçi və güc strukturlarında işləyən şəxslər yaşadığı yerdən kənar ərazidə xidmət edirsə, və dövlət tərəfindən evlə təmin edilməyiblər, kirayə yaşayırlarsa, onların kirayə ödənişləri də dövlət tərəfindən qarşılanır”. 

Sərəncamla verilən mənzillərin çıxarışları, satılması və ya bağışlanması haqqında da danışan həmsöhbətimiz deyib ki, mənzillər verilən binalar tam qəbuldan keçdikdən, bina özəlləşdikdən sonra mənzil sahibi öz əmlakına çıxarış ala bilər: "Bundan sonra o, həmin mənzili ya bağışlaya, ya da digər şəxslərə sata bilər. Dövlət tərəfindən verilən əmlaklara digər şəxslər şəxsin özününün razılığı olmadan payçı ola bilməz”. 

Elnur Fərzəliyev son olaraq bildirib ki,  dövlət tərəfindən ev verilən şəxs ailəlidirsə və gələcəkdə boşanarsa, həmin ev məhkəmədə əmlak bölgüsünə cəlb olunmur:

"Çünki o birgə nikah dövründə qazanılmış puldan alınmayıb. Dövlət tərəfindən həmin şəxsə verilib”. 



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap