|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Dünyanın yeni yeddi möcüzəsindən biri - REPORTAJ
Tarix 30.03.24, 11:56 |
|
Petra İordaniyanın mühüm turizm mərkəzidir. Sivilizasiyanın qədim şəhəri 4000 il əvvəl yaranıb. Gün ərzində qırmızıdan narıncıya və çəhrayıya çevrilən qayaların rənginə görə tanınır.
İordaniyanın yeganə liman şəhəri Aqabaya səfər edən turistlər çox vaxt “Azad İqtisadi zona olduğu üçün viza tələb olunmur” fikri ilə üzləşirlər. Ölkəyə səfərdən öncə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyindən viza ilə bağlı sualımıza konkret cavab verildi:
“Aqaba İordaniya ərazisidir. Viza almayıb gedən Azərbaycan vətəndaşlarına sərhəd keçid məntəqəsində yaranan problemlərə görə səfirlik heç bir məsuliyyət daşımır. Aqabaya Azərbaycandan gedən turistlərə ölkə sərhədində elektron viza verilir. Elektron vizanı səfər öncəsi onlayn şəkildə də əldə etmək mümkündür”.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
İordaniya ərazisinə daxil olmaq üçün alternativ variant e-viza (115 AZN) əvəzinə “Jordan pass”ı (174 AZN) onlayn əldə etməkdir. Bu sənəd turist vizasını əvəz etməklə yanaşı, ölkənin Petra, Vadi-Rum kəndi, Ayla adlı orta əsr şəhərinə və s. məşhur attraksionlar daxil olmaqla ümumilikdə 40 turistik məkanına pulsuz giriş imkanı verir. Bloqer dostların məsləhəti ilə “Jordan pass” əldə edib səfərə yollandıq...
Aqabanın kiçik hava limanında sərhəd keçid məntəqəsindən keçməyə çox vaxt tələb olunmur. Sərhədçilər nəzakətlə “Jordan pass”ı təsdiqləyib ölkəyə girişimizə icazə verdilər.
Hava limanından şəhərə doğru avtobuslar gözə dəymir. Taksi sürücüləri pərakəndə halda “taksi lazımdır?” deyə turistləri əhatələyib “qiymət oxumağa” başlayırlar.
Hava limanından şəhərə doğru uzanan səliqəli, palma ağacları və güllərlə bəzənən yollar tədricən boş səhralar və baxımsız küçələrlə əvəzlənir.
Hotelimizin şəhərin mərkəzində yerləşməsi ərazidə ticarətlə məşğul olan yerli sakinlərin həyat tərzi ilə yaxından tanışlığa imkan yaradır.
Səfərimiz Ramazan günlərinə təsadüf etdiyindən şəhərdə əksər dükanlar, kafe və restoranlar axşamüstü saat 17.00-dan sonra açılır.
İordaniyada yaşamaq istəyirsənsə...
Həyat Keyfiyyəti İndeksinə (HKİ) görə, İordaniya Krallığı Yaxın Şərqdə inkişaf etməkdə olan ölkələr arasında ikinci yerdədir. Lakin regiondakı qeyri-sabit siyasi vəziyyət iqtisadi artım tempinə təsir edib. Krallıq qonşu ölkələrdə baş verən müharibələrdən sonra bir neçə mühacirət dalğasına məruz qalıb ki, bu da ölkənin əhalisini vətəndaşlığı olmayan qaçqınlarla xeyli artırıb. İraq və Fələstindən qaçqın axını ölkənin ümumi yaşayışına təsir edib. Krallıqda iş görmək üçün İordaniya vətəndaşlığı vacib deyil, vaxtında xəzinəyə müvafiq vergi ödəmək kifayətdir. İordaniyada qonşu ölkələrdən gəlib işləyənlər də çoxdur. Hazırda əcnəbilər arasında məşğulluğun əsas payını misirlilər tuturlar.
Səfərimiz boyu bizi müşahidə edən sürücü-bələdçimiz Abdulhüseyn bildirdi ki, ölkədə yaşayan hər kəs İordaniya vətəndaşlığına malik deyil:
“Qaçqınlar və ya vətəndaşlığı olmayan iordaniyalıların ailə üzvləri krallıqda rahat yaşamaq üçün kifayət edən yaşayış icazəsi alırlar. İordaniyada vətəndaşlıq olmadan daşınmaz əmlak sahibi olmaq yaşayış icazəsi almaq hüququ verir”.
İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri
İordaniya hökuməti daha yaxşı iqtisadi inkişaf üçün bir sıra vergi güzəştləri və digər imtiyazları olan bir neçə iqtisadi zona yaradıb. Turistlər arasında ən məşhur və populyar olanı Aqaba şəhəridir. Bu, İordaniyanın Qırmızı dənizdəki yeganə liman şəhəri, həm də ölkənin cənubunun inkişaf mərkəzidir.
Şəhərin florası xurma palmaları ilə zəngindir. Aqaba körfəzi zəngin sualtı qaynaqları ilə ölkənin məşhur cazibə mərkəzidir. İordaniyanın önəmli gəlir mənbəyi olan fosfat Aqaba limanından ixrac edilir.
Aqabanın əsas cazibəsi Qırmızı dəniz və onun möhtəşəm çimərlikləridir. Sahil zolağında hər zövqə və büdcəyə uyğun hotellər sıralanıb. Aqaba istirahət, ekstremal idmana və əyləncələrə üstünlük verən aktiv turistlər üçün idealdır. Qumlu, kiçik çınqıllı və mərcan rifləri olan çimərliklərə malik Qırmızı dənizi, Aqaba körfəzini, müalicəvi əhəmiyyəti ilə dünyada məşhur Ölü dənizin çimərliklərini, dünyanın yeni yeddi möcüzəsindən biri - Petra şəhərini, İordaniyanın ən böyük qum səhrası olan Rum Vadisini (Vadi Rum) görmək üçün buraya dünyanın hər yerindən turistlər gəlirlər. Aqabanın daha bir özəlliyi dalğıc turizmidir.
“Qonşuluqda İsrail-Fələstin müharibəsinin davam etməsi ölkəmizə gələn turistlərin sayına da təsir edib. Bizim ailəmiz var, elə gün olur ki, bir qəpik də qazanmırıq”, - deyə sürücümüz bildirir.
İordaniyada qiymətlər yerli əhali üçün münasib sayılsa da, turist xidmətləri çox bahalıdır. Məsələn, yerli turizm agentlikləri özəl Petra turu üçün 190, Ölü dəniz turuna 250, Vadi Rum turuna 180 ABŞ dolları istədilər.
Aqabanın tam mərkəzində yerləşən Mərkəzi Bazar turistlər arasında çox populyardır. Buradakı piştaxtalar təzə meyvə, tərəvəz, ədviyyat və şirniyyatla dolub-daşır. Qiymətlər isə turistlərə növbə çatanda daha da artır...
Qayalar arasında kiçik turist maşınları
Petra kəndi Aqabadan 90 dəqiqəlik məsafədə yerləşir. Qırmızı dənizin digər sahilindən görünən İsrailin gecələr qızıla bürünən Eliat şəhərini seyr edə-edə Petraya yollanırıq. İrəlilədikcə səhrada yaşayan bədəvi ərəblərin çadır evləri geridə qalır.
Petra İordaniyanın mühüm turizm mərkəzidir. Sivilizasiyanın qədim şəhəri 4000 il əvvəl yaranıb. Gün ərzində qırmızıdan narıncıya və çəhrayıya çevrilən qayaların rənginə görə tanınır.
Nəbati İmperiyası tərəfindən tikilmiş qədim Petranın qayalara oyulmuş unikal əsərlərini, bənzərsiz memarlığını görmək üçün dünyanın hər tərəfindən bura turistlər axın edirlər. Petra nəhəng bir sənət əsəridir. Zəlzələlər və iqtisadi çətinliklərlə üzləşən Petra zamanla unudulub. İsveçrəli kəşfiyyatçı İohann Burkhardt tərəfindən yenidən kəşf edilənə qədər yalnız köçəri ərəblərə məlum olan unudulmuş Petra 1400 illik bir sirri özündə saxlayır.
Petra qayalarda oyulmuş sığınacaqları, məbədləri, qaya məzarları, su kanalları, teatrları, sütunlu küçələri və ibtidai bəndləri olan bir çox təəccüblü quruluşu ilə insanları heyrətləndirir. Petra Aralıq dənizini Qırmızı dənizlə birləşdirən qədim ticarət yolu kimi də məşhur olub. Musa vadisinin kənarında yaradılmış müasir qonaq qəbulu zalında bilet kassalarından keçəndən sonra qədim şəhərin ilk xarabalıqları gözə dəyir. Dağların arasından keçməklə ziyarətçiləri 1200 metr uzunluğunda əsas giriş qarşılayır.
Bədəvi ərəblər Petranın girişində turistləri atla qayalara qədər daşıyırlar. Ərəblərin bir qismi çörək pulunu bundan qazanırlar. Yerli insanlar Petraya gələnlər üçün bələdçi kimi də çıxış edirlər. Qayalar arasında kiçik turist maşınları da işləyir.
Qayaların arasından sona qədər yürüyən ziyarətçiləri Petranın ən möhtəşəm fasadı və şah əsəri El Hazne sarayı qarşılayır. Təxminən 40 metr hündürlüyündə olan El Hazne sütun başlıqları, frizləri, fiqurları və mürəkkəb formalı bəzəkləri ilə diqqət çəkir. Yerli əfsanəyə görə, sarayın içərisində fironun xəzinəsini gizlədən dəfn qabı da var.
Qədim şəhərdə yerli bəzək əşyaları və yerli insanların hazırladığı zinət əşyaları da satılır.
Təbii film platosu olan Petrada bir çox blokbaster filmlər çəkilib: “İndiana Cons: Son Macəra”, “Xin A Li Ba Ba”, “Səhrada Ehtiras”, “Allahın oğlu” serialı, “Mumiya geri döndü”, “Ruhani döyüşçülər” və s. filmlərdə Petranın möhtəşəm mənzərələri yer alıb.
UNESCO-nun “Dünya Mədəni İrs” siyahısına daxil edilən qədim Petra həm də “Dünyanın yeni yeddi möcüzəsindən biri” seçilib.
Xəbərin oxunma sayı : 706
Maraqlı
Xəbərlər
-
Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - FOTO
-
Dünyanın ən çox qazanan idmançıları - İLK ONLUQ
-
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyatı ilə bağlı “əmlak amnistiyası” gözlənilir - VİDEO
-
Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir“
-
Yeni Kaledoniya aclıqla üz-üzə: Ərzaq qıtlığı yaranıb
-
Deputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb - Məhkəmə
-
Bakıda piyada keçidinin lifti işləmir - VİDEO
-
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - FOTO
-
Daxildə istirahət xaricdən niyə bahadır? - VİDEO
-
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
-
“Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur” - Aleksandr Lukaşenko
-
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
-
Urmiya gölünün rəngi dəyişməyə başlayıb - VİDEO
-
Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama
-
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib - SƏRƏNCAM
-
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir“ - Ərdoğan
-
Şuşanın güllələnmiş icra başçısının qızı: “Atamın qanı yerdə qalmadı”
-
Klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - FOTOLAR
-
Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda QALMAQAL
-
“AVRO-2024”də çıxış edəcək Almaniya millisinin heyəti açıqlanıb - SİYAHI
-
İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Son məlumatlar
-
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTOLAR
-
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
-
Sumqayıtda 12 mindən çox abonentin qazı kəsiləcək - Xəbərdarlıq
-
Qusarda bələdiyyə sədri HƏBS EDİLDİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Xarkov istiqamətində vəziyyət gərgindir” - Zelenski
-
Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar
-
Sabah güclü külək olacaq - XƏBƏRDARLIQ
-
Lukaşenko Əliyevdən Qarabağda yer istədi - “Bu torpaqları dirçəltmək lazımdır”
-
Azərbaycanda iki institut ləvğ edildi - Əvəzində yeni qurum yaradıldı
-
Bunu etsəniz, kartınızdakı pullar oğurlanacaq - Xəbərdarlıq
-
“Slovakiya vətəndaş müharibəsinin astanasındadır“ - DİN rəhbəri
-
Azərbaycan-Belarus sənədləri imzalanıb - FOTO
-
Əhalinin sayı açıqlandı: Neçə nəfərik?
-
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
-
10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb - Statistika
-
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
-
“Trendyol” qiymətləri bir neçə dəfə artırdı - FOTO
-
İsa Qəmbər parlament seçkilərinə qatılacaq - AÇIQLAMA
-
Bir-birlərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
-
Azərbaycanda ixrac kəskin azaldı – Son rəqəmlər
-
İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb - FOTO
-
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat
-
Ən çox xarici dil bilən deputatlarımız - SİYAHI
-
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb - Saxlanılan var
-
Rəqsanə həbs qoyulan mülklərini geri qaytara bilmədi - Şikayəti təmin edilmədi
-
May ayında Azərbaycana qar yağdı - VİDEO
-
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
İcra Hakimiyyətinin vəzifəli şəxsi tutuldu - Rüşvət alarkən
-
Sənədsiz ev sahiblərinin diqqətinə:Qeydiyyat üçün portalın hazır olacağı tarix açıqlandı
-
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? - FOTO/VİDEO
-
İcra başçısı “Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
-
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
-
Bakıdakı yollardan birində sürət həddi endirilib - Xəbərdarlıq
-
“Moskva ilə Pekin arasında münasibətlər üçüncü tərəfə qarşı yönəlməyib” - Putin
-
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
-
Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB
-
Bir gecədə məhv olan güllərin evi: Külə dönmüş “Ağ çiçəyim”dən FOTOREPORTAJ
-
Yapon milyarderdən “Facebook”u məhkəməyə verdi: Təzminat tələb edir
-
Şəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər - VİDEO
-
Adı ləğv edilərək, ərazisində mərzlik yaradılan rayon... - Qərbi Azərbaycan Xronikası
-
“Vəzifədə olanda mənə salam vermirdi“ - Zahidə Günəş
-
Lisenziya alan klubların adları açıqlandı - RƏSMİ
-
Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib - FOTO
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO
-
Bu evlərə “kupça” verilməyəcək - YENİ QƏRAR
-
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib - Həkimlərlə danışır
-
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
-
Azərbaycanda vəzifəli xanım işdən azad edildi - Öz xahişi ilə
-
Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - VİDEO
-
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
-
“Medcial Palaza“ klinikası xaricə valyuta çıxarıb? - Məhkəmə
-
Keçmiş bank işçisi 2 milyon manatı ələ keçirərək ölkədən qaçdı - Araşdırma aparılır
-
Dağ turizminin əvəzsiz məkanına çevrilən Kəlbəcər - VİDEO
-
İlham Əliyev Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınadı - FOTO
-
Bakıda yağış yağacaq, külək olacaq - XƏBƏRDARLIQ
-
Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı - Partiyanı buraxdı
-
Slovakiya baş nazirini güllələyən şəxsin kimliyi bəlli oldu - FOTO
-
İnflyasiyanın aşağı olması yerli bazarda qiymətlərə necə təsir edib? - VİDEO
-
Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO
-
Direktor müavini Natiq Mehdini necə öldürüb? - TƏFƏRRÜAT
-
Avtomobil sahiblərinin diqqətinə – Bu maşınları ciddi təhlükə gözləyir
-
Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən şok açıqlama - “Məni aldatdılar, iddiadan imtina etdirdilər...“
-
Prezident Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
Rusiya və Ukrayna “Koreya” ssenarisinə görə atəşkəs əldə edə bilərlər: Müharibəni donduracaqlar?
-
“Parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər” – Aqil Abbas
-
Slovakiyanın baş nazirinə sui-qəsd oldu - Robert Fitso güllə yarası alıb
-
Araik Arutyunyan və digər erməni separatçılarının həbs müddəti uzadıldı - Məhkəmə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bir qadın 202 nəfərə yarım milyon zərər vurub – DİN-dən açıqlama (+FOTO)
-
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır
-
İntim videolar çəkən FHN polkovnikindən xəbər var - Şikayətini geri götürdü
-
“Estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər, çünki...” - Tanınmış HƏKİM
-
Azərbaycanın bir qrup hərbçisi təltif edilib - FOTOLAR
-
“Moskva və Ankara xüsusi kanallar vasitəsilə dialoq aparırlar” - Zaxarova
-
“Deputatlığa namizədliklə bağlı təklif gəlsə, fikirləşərəm...” – Anar
-
Zirzəmidə meyiti tapılan Könül tələbə imiş - YENİ DETALLAR
-
Çexiya prezidenti Ukraynanı təslimiyyətə cağırdı - “Biz realist olmalıyıq”
-
Məcburi köçkünlərə verilən “çörəkpulu“ kəsilir? - Rəsmi açıqlama
-
“Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb“ - Anar Eyvazov
-
Yağış, qar, dolu gözlənilir - Sabahın havası
-
“Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər“ - Agentlik rəhbəri
-
Güneyli milli fəal həbs edilib - FOTO
-
Bu restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB/VİDEO
-
Xankəndi-Şuşa-Laçın yolunda işlər nə yerdədir? - FOTOLAR
-
Trampın təyyarəsi qəzaya düşdü - FOTOLAR
-
Rusiya sülhməramlılarının çıxarılmasına həsr olunmuş tədbir keçiriləcək - Xocalıda
-
Nazir Ziyadovu da vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Bazarda pomidorun qiyməti od tutub yanır: Səbəb nədir?
-
Aeroport yolunda “yarışan“ sürücülər 5000 manat cərimələndilər - VİDEO
-
Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı
-
Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” - VİDEO
-
Azərbaycanlı aktrisa elə görüntülərini yaydı ki... - VİDEO
-
Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib - SƏBƏB
-
Biləsuvarda ağır avtoqəzanın təfərrüatı: Ölən və yaralılar var
-
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
TOP 10
ARXİV