![]() |
|














Cəzasız qalacağına inanaraq şişən kriminal lider – “Şişkan” “qırmızı zona”ya getsə...
Tarix 14.06.24, 11:04 |
|

Xəbər verildiyi kimi, bu günlərdə Moskvada hərbi məhkəmə müasir Rusiya tarixinin ən səs-küylü cinayət işlərindən birinə son qoyub: “Şişkan” kimi tanınan kriminal lider Oleq Medvedyev və onun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərinə hökm oxunub, “Şişkan” özü ömürlük həbs cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs 17 ortağı ilə birlikdə Moskva vilayətinin deputatı Tatyana Sidorova və ailəsinin qətliamında, banditizmdə, qəsbkarlıqda, qanunsuz silah alverində və bir sıra digər cinayətlərdə təqsirli bilinib.
Oleq Medvedyevin “Şişkan” kimi tanınmasının səbəbi odur ki, onun əvvəlki soyadı Şişkanov olub və o, sonradan Medvedyevə çevrilib.
***
Oleq Şişkanov 1964-cü il iyulun 19-da Moskva yaxınlığındakı Ramenskoye rayonunda sadə ailədə anadan olub.
Hələ məktəbli ikən o, “Çort” (“İblis”) ləqəbli Ramenski avtoriteti Vitali Çertovun təsiri altına düşüb və ondan “cinayət dərsləri” alıb.
Azyaşlı Şişkanov yerli sakinə qarşı amansız divantutmada şübhəli bilinən “Çort”la birlikdə saxlanılıb. Cinayətin əsas suçlusu Çertov olsa da, Şişkanov yoldaşlarını edamdan xilas etmək üçün təqsiri öz üzərinə götürüb. O, məhkəmədə təkbaşına hərəkət etdiyini deyib və ittiham xəttini puça çıxarıb. Nəticədə Şişkanov 10 il, ortaqları isə 4,5 və 5,5 il həbs cəzası alıblar.
Şişkanovun gələcək həyatını bu hadisə müəyyənləşdirib. Yeniyetmə caninin adı çıxıb, şöhrəti artıb. Heç kimi satmaması, ağır cəzadan qorxmaması, özünü böyük yoldaşlarının yolunda fəda erməsi onda liderlik xüsusiyyətlərinin olduğuna dəlalət edib və bu, yaşlı canilər tərəfindən yüksək qiymətləndirilib.
Şişkanov cəzasını çəkmək üçün Mordoviyaya göndərilib. Həbsxanada ona yaxşı baxıblar, nüfuzlu himayədarlarla təmin edilib, həbsinin ilk illərində nəzarətçi təyin olunub. Burada “Şişkan”a çevrilən gənc cani faydalı əlaqələr qurub, sonra onu məşhur Vladimir həbsxanasına köçürüblər.
“Şişkan” bu həbsxanada Rusiya cinayət dünyasının gələcək lideri, məhkum “qanuni oğru” Zaxari Kalaşovla (“Şakro Molodoy”) dostlaşıb.
Daha sonra cəza çəkdiyi başqa həbsxanalarda da “Şişkan” türmənin liderlərindən olub, oğru ideyalarına sadiq qalıb, oğruların həyatının əsaslarını öyrənib və onun məcəlləsinə əməl edib, tez-tez nəzarətçilərə etiraz bildirib. Bu, onun koloniya rəhbərliyi ilə münasibətlərini pisləşdirib, lakin həbsxana mühitində nüfuzunu artırıb.
1991-ci ilin noyabrında azadlığa buraxılan 27 yaşlı Şişkanov doğma Ramenskoyeyə qayıtdıqda yerli kriminal avtoritetlər onu yaxşı qarşılayıblar. Ona tezliklə “oğru” titulu verilib.
“Şişkan”ın taclandırılmasının təşəbbüskarı bütün postsovet məkanının ən nüfuzlu kriminal liderlərindən biri olan Vyaçeslav İvankov (“Yaponçik”) olub. İvankov təkcə Şişkanovun hərəkətlərini deyil, həm də onun slavyan mənşəyini yüksək qiymətləndirib: o, Qafqazdan olan “oğru”larla tarazlıq yaratmaq üçün slavyan “oğru”lardan ibarət klanı onunla gücləndirmək istəyib.
Titul aldıqdan sonra Şişkanov Oleq Mordovski və ya Oleq Ramenski kimi yox, əvvəlki kimi “Şişkan” adlanıb. Beləliklə, o, 1990-cı illərdə Moskva vilayətində ən gənc taclı slavyan avtoritet olub.
Tezliklə “oğrular dünyası” Şişkanova Lyuberets mütəşəkkil cinayətkar qrupuna nəzarət etməyi tapşırıb, lakin bu, onun üçün kifayət etməyib – gənc “oğru” kiçik, lakin iddialı və qəddar Ramenski qrupunu da nəzarət altına almağa başlayıb. Burada ona “Çort” mane olub. Çünki o, özünü “Şişkan”ın müəllimi sayır, ondan hörmət gözləyir və öz nüfuz dairəsini onunla bölüşmək fikrində deyildi.
Ancaq “Çort” izsiz-tozsuz yox olub və Ramenski Şişkanova qalıb. O, Lyuberets və Ramenski mütəşəkkil cinayətkar qruplarını barışdırib.
Şişkanın dəstəsində sərt nizam-intizam hökm sürüb. O, etirazlara dözmür, qəzəblənəndə adamlarını döyürmüş.
İllər keçdikcə Şişkanov xeyli sərvət toplayıb. Onun birləşmiş mütəşəkkil cinayətkar qrupları səmərəli fəaliyyət göstərib, müntəzəm olaraq ümumi fondu böyük məbləğlərlə doldurub və “Şişkan” Moskva yaxınlığındakı bütün yeni müəssisələri nəzarətə götürüb.
“Şişkan”ın uğurunun açarı ötən əsrin 90-cı illərində əksər “oğru”lar tərəfindən xor görülən ticarətlə ciddi məşğul olmasındadır. O, “yeni nəsl oğrular” kastasına mənsub olduğundan pul qazanmağın daha qanuni yollarına girişib.
1990-cı illərin ortalarında “Şişkan” artıq xeyli şişib, öz bandasının daxilindən biri “oğru” titulu alaraq ona tabe olmaqdan imtina edəndə, o, həmin şəxsi - Stanislav Xurtsilavanı edam etdirib. Qatillər onu Malaxovka kəndində güllələyiblər.
Bir-birinə oxşayan "Şişkan" və müğənni Dima Malikov
1999-cu ilin payızında bir vaxtların istedadlı alimi, mühəndis-fizik Vitali Fadeyev “Şişkan”a qarşı sui-qəsd sifarişi alıb. Fadeyev əldəqayırma partlayıcı qurğu hazırlamalı, sonra “oğrubaşı”nın "Mercedes-500" markalı avtomobilinin altına yerləşdirməli idi. Lakin Fadeyev bombanı maşına bağlayan zaman əlində partlayıb. Fadeyev həlak olub, “Şişkan” aradan çıxıb. Həmin il əməliyyatçılar onun Pervomayska kəndindəki malikanəsinə basqın ediblər və 1,2 milyon dollar və üç milyon rubl, eləcə də saxta sənədlər, silahlar, möhürlər, polis geyimləri və s. aşkarlayıblar.
Qəribədir ki, bütün bu sübutlardan sonra da “Şişkan” barəsində cinayət işi başlanmayıb. O özü hər ehtimala qarşı, xaricə gedib və bir neçə il qürbət həyatı yaşayıb. “Şişkan” yenidən Rusiyaya Yaponçikin dəfn mərasimində iştirak etmək üçün yalnız 2004-cü ildə qayıdıb.
2010-cu illərin sonlarından Oleq Şişkanov üzə çıxmağa, şou-biznes ulduzları, cəmiyyətin hörmətli insanları ilə oturub-durmağa başlayıb, klassik “qanuni oğru” davranışlarından imtina edib, bir növ, burjuylaşıb.
Tatyana Sidorova ilə onun qovğası damazlıq təsərrüfatı üstündə olub. Sidorova sovxozu özəlləşdirib və qapalı səhmdar cəmiyyəti yaradıb. Təsərrüfatın 200-ə yaxın aldadılmış payçısı məhkəməyə müraciət etsə də, heç nəyə nail ola bilməyib. O zaman “Şişkan” Sidorovanı müdafiə edib və problem həll olunub.
Ancaq bu müdafiənin qiyməti yüksək olub və o, sonradan damazlıq təsərrüfatının torpaqlarında tikinti aparmaq istəyərkən Sidorova razılaşmayıb. “Şişkan” problemi oğru dünyasının klassik metodu ilə həll etmək qərarına gəlib. Sidorvanın ailəsini qətlə yetirdikdən sonra meyitlərini başqa yerdə basdırıblar.
Ramenskinin yarısı cinayəti kimin törətdiyini bilsə də, “Şişkan” nədənsə hüquq-mühafizə orqanlarının nəzərindən kənarda qalıb.
2018-ci ildə “Şişkan”ın adı yenidən dilə-diə düşüb. Bu dəfə onu “oğrular dünyası”nın yeni kralı elan ediblər. Avqustun 19-da Lujniki ərazisindəki elit restoranların birində “qanuni oğru”ların böyük toplantısı keçirilib və “Şişkan” yeni “baş oğru” seçilib. Buna qədər bu post “Şakro Molodoy”a məxsus olub.
O vaxtdan bəri belə bir qənaət vardı ki, indi rus oğrularının ümumi fonduna nəzarət edən və klanlar arasında yaranan bütün mübahisəli məsələləri həll edən adam “Şişkan”dır.
Putin “oğru dünyası”na müharibə elan edəndən sonra çevik polislər 2019-cu il iyulun 15-nə keçən gecə “Şişkan”ın da malikanəsinə basqın ediblər. Bu ərəfədə o, 55 illik yubileyini geniş miqyasda qeyd etməyə hazırlaşırmış və məclisinə şou-biznes və idman ulduzları, siyasətçilər, “qanuni oğrular” da daxil olmaqla, 300-ə yaxın insan dəvət edibmiş.
O, kriminal aləmdə iştirakını hər cür təkzib etsə də, məhkəmə onu istintaq təcridxanasına göndərib. Daha sonra “Şişkan” deputat Sidorovanın və onun ailə üzvlərinin cəsədlərinin dəfn olunduğu yeri göstərib. Cəsədlər böyük torpaq qatı altında olduğu üçün göstərilən yerdə 12 gün iş gedib, 2 min kvadratmetrdən çox əraziyə baxış keçirilib, nəhayət, cəsədlər təxminən dörd metr dərinlikdə tapılıb.
Beləliklə, bir zamanlar özünü Rusiyanın oğru aləminin kralı sayan və cəzasız qalacağına inanan “Şişkan” indi ömürlük məhbusdur. Onun dövlətin cinayət qanunvericiliyinin müddəalarını pozması ilə yanaşı, “oğru qayda-qanunları”nı da pozduğu iddia olunur.
İndi əsas məsələ “Şişkan”ın hansı rəngli cəzaçəkmə müəsisəninə yerləşdiriləcəyidir. Əgər “qara zona”ya göndərsələr, o, yenə “kral” kimi yaşayacaq. Ancaq son vaxtlar belələrini bir qayda olaraq “qırmızı zona”ya göndərirlər və orada onları mütləq “sındırır”, adi cinayətkara çevirir, doğulduğuna peşman edirlər.
Musavat.com
Xəbərin oxunma sayı : 1390
Kriminal
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV