“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Düşmən Tovuzda mülki şəxsi süfrə arxasında öldürüb – VİDEO

Tarix 14.07.20, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.

“Report”un Tovuz rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.

“Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan hökuməti tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktı törədilib. Biz bura İnsan Hüquqları üzrə Müvəkki olaraq gəlmişik ki, monitorinq aparaq. Mülki əhaliyə qarşı törədilmiş təcavüzü qeyd edək. Bunların geniş hesabatını hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara  göndərəcəyik. Hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri Ermənistan bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. Çörək masanın üstündə qalıb”, – Ombudsman Səbinə Əliyeva bildirib.







Xəbərin oxunma sayı : 1003




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap