Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

Dünya mediası 13 maddəlik razılaşmadan yazdı: “Ərdoğanın Tramp üzərində qələbəsi...”

Tarix 19.10.19, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatları ilə əldə edilmiş razılığa əsasən, "Barış pınarı” əməliyyatına 120 saat fasilə verilməsi dünya mediasında əsasən "Türkiyənin istədiyini alması" kimi qiymətləndirilib.

Qaynarinfo xəbər verir ki, ABŞ ilə Türkiyənin srağagün əldə etdiyi 13 maddəlik razılaşma xarici mətbuatda geniş əks-səda doğurub. Amerikan "New York Times” qəzeti müqaviləni "Türkiyənin Donald Tramp üzərində zəfəri" başlığıyla dərc edib. Xəbərin girişində "Türkiyə prezidenti istədiyini aldı - Rusiya və İran da eyni şəkildə", - deyə yazılıb. 

Xarici mətbuatın ən əhəmiyyətli şərhlərini təqdim edirik:
 
"Wall Street Journal” qəzeti: 
 
"Tramp müqaviləni tərifləyir, amma politoloqlar razılaşmanın əsasən Ankaranın hədəflərinə cavab verdiyini söyləyir". 
 
"Vaşinqton Post”:
 
"Razılaşma Prezident Ərdoğana illərdir ABŞ-la aparılan danışıqlarda qazana bilmədiyi üstünlükləri verdi və hərbi addım atma qərarına haqq qazandırdı”.
ABŞ-ın keçmiş Ankara səfiri Erik Edelman (New York Times): 
"ABŞ Türkiyənin istəkləri qarşısında boyun əymiş kimi görünür. Türklərin güzəştə getdiyi bir şey görmürəm”.
 
CNN:
 
"Mayk Pens Türkiyəyə istədiyi hər şeyi vermiş kimi görünən Suriya atəşkəsi haqda açıqlama verdi”.
 
Amerikanın "Politico” veb saytı:
 
"Tramp Anakarada müvəqqəti bir uğur qazandı”.
 
"The Guardian”:
 
"Plan bir çox Suriya kürdləri tərəfindən şübhəylə qarşılandı, çünki kürdlərin (YPG/PKK) rəhbərliyi altında olan qüvvələrinin (SDG) sərhəd bölgəsindən uzaqlaşması kimi türklərə hərbi əməliyyatla edə biləcəkləri şeyi ilk mərhələdəcə verdi” 
 
"Times” qəzeti: 

"YPG-çilərin vətəndaş müharibəsinin xaosu zamanı yaratdığı yarımçıq dövlət Rojava artıq yoxdur. 7 illik kürd nəzarətindən sonra Əsəd ordusu ilk dəfə Türkiyə sərhədinə qayıtdı və Rusiya Suriyada ən böyük güc olaraq ABŞ-ı geridə qoydu”. 
 
"Telegraph” qəzeti:
 
"Bu razılaşma ilə ABŞ Türkiyənin məqsədlərinə açıq şəkildə "hə” deməklə, Tramp 9 oktyabrda "ilk türk hücumuna” yaşıl işıq yandırmaqla YPG-yə ikinci dəfə xəyanət etdi”.

"Spiegel”:
 
"ABŞ Ərdoğana hər istədiyini verdi. Bu müzakirələrdən xeyirlə çıxan Ərdoğan, itirən isə Trampla kürdlər oldu”.
 
Yunan "Kathimerini” qəzeti:
 
"Bu razılaşma Türkiyənin ölçülərinə görə biçilmiş və tikilmiş bir razılaşma oldu”.
 
Yunan "To Vima” qəzeti:
 
"ABŞ və Türkiyənin aralarındakı soyuqluğa baxmayaraq, Suriya mövzusunda gözlənilməz şəkildə razılıq əldə edildi”.



Xəbərin oxunma sayı : 178

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda