“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dünyada ərzaq böhranı təhlükəsi – Koronavirus ərzaq millətçiliyinə yol aça bilər

Tarix 03.04.20, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirus pandemiyası dünyada ərzaq təchizatını pozub, kənd təsərrüfatında işçi qıtlığı yaradıb.

“Reuters” agentliyi yada salır ki, karantinə hazırlaşan bir çox ölkələrdə alıcılar çaxnaşma içində supermarketlərdən un və makaron məmulatlarını daşıyaraq rəfləri boşaltmışdılar.

Hazırda pərakəndə satıcılar və hökumətlər ərzaq qıtlığı gözləmədiklərini bildirirlər. Avropa və Şimali Amerikada çörək sexləri və makaron firmaları istehsalı artırıblar.

Ərzaq şirkətləri deyirlər ki, panik alıcılıq da səngiyib, çünki evlər ərzaqla dolub və adamlar karantinə uyğunlaşmağa başlayıblar.

Amma agentlik uzunmüddətli problemlərin yarandığını qeyd edir. Belə ki, qısa müddətə hava nəqliyyatı və yük maşınları çatışmazlığı təzə ərzaq çatdırılmasını yubada bilər. Uzunmüddətli perspektivdə isəəmək çatışmazlığıəkinçiliyə və məhsul yığımına təsir göstərməkdədir.

Təyyarə reysləri təxirə salınıb, konteyner gəmilər tapmaq çətindir. Bu halda Afrikadan Avropaya, yaxud Cənubi Amerikadan BirləşmişŞtatlara göyərti, yaxud meyvə göndərilməsi pozula bilər.

Avropada fermerlər çiyələk və qulançarı yığmağa işçi tapmırlar, sərhədlər bağlandığından əcnəbi işçilər həmişəki kimi məhsul yığmağa gedə bilməyib. Fransa vətəndaşlarına müraciət edib ki, 200 minlik işçi qıtlığını kompensasiya etməyə kömək etsinlər.

Almaniyanın “Deutche Welle” radiostansiyası isə yazır ki, bəzi ölkələr öz əhalisini təchiz etmək məqsədiləərzaq ehtiyatlarını qorumağa çalışır. İxraca belə məhdudiyyət qoyulması isə idxaldan asılı daha yoxsul ölkələrə ziyan vura bilər.

Məsələn, Rusiya və Qazaxıstan kimi buğda ixracatçıları millətçi yanaşma sərgiləyərək ixracı məhdudlaşdırır, yaxud da məhdudlaşdırmağı planlaşdırırlar.Ekspertlər buğda və buğda ununun ixracına belə qadağaların Afrikada yoxsul ölkələrdə çörəyi bahalandıracağından ehtiyatlanırlar. Bu ölkələr daha çox idxal olunan ərzaqdan asılıdırlar. Çörək bahalaşanda isə Afrikada qiyamlar qalxır, siyasi sabitsizlik yaranır.

“Əsasən Səhraaltı Afrikada bir çox yoxsul ölkələr ərzağı idxal edirlər. Qiymətlərin qəfil bahalanması yoxsulluğu və aclığı dərinləşdirər, çünki bu ölkələrin qıtlığa, bahalanmaya reaksiya vermək qabiliyyəti çox məhduddur”,– Kiyel Dünya İqtisadiyyatı İnstitutundan Rayner Zele deyib.

Amma Rayner heç də bütün buğda ixracatçılarının ərzaq millətçiliyi ortaya qoymayacağını gözləyir.

“Avropa Birliyi ölkələri, eyni zamanda dünya buğda bazarında digər vacib oyunçular olan BirləşmişŞtatlar, Kanada və Avstraliya təchizatı davam etdirəcəklər. Ancaq böyük düyü ixracatçısı olan Hindistan Qazaxıstan, yaxud Rusiyanın yoluyla gedə bilər”,– o əlavə edib. (azadliq.org)



Xəbərin oxunma sayı : 538




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap