Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır - Ardıcıl olaraq ikinci aydır

Tarix 06.08.20, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada ardıcıl olaraq ikinci aydır ki, ərzaq məhsullarının qiyməti qalxır. İlk növbədə bitki yağları və süd məhsulları bahalaşır.

Azərtac BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadla xəbər verir ki, ərzaq məhsulları qiymətlərinin orta indeksi iyulda 94,2 punkt təşkil edib. Bu da iyun ayı ilə müqayisədə 1,2 faiz çoxdur.

Təşkilatın saytında dərc olunan məruzəyə əsasən, bitki yağının qiymət indeksi ötən ayla müqayisədə 7,6 faiz bahalaşaraq, son beş ayda ən yüksək göstəriciyə çatıb. “Əsas bitki yağı növlərinin qiymətinin bahalaşması istehsalat həcminin azalması üzrə proqnozlar, həmçinin beynəlxalq idxal tələbatının aktivləşməsi və işçi çatışmazlığı ilə bağlıdır”, – deyə sənəddə bildirilir.

Ötən ay süd məhsullarının indeks göstəricisində də 3,5 faizlik artım müşahidə olunub. Bahalaşma kərə yağından pendirə və quru südə qədər bütün məhsullara təsir edib.

Bununla yanaşı, dənli bitkilərin qiymət indeksləri iyun ayı ilə müqayisədə demək olar ki, dəyişməyib. İyul ayında ətin qiymət indeksində isə azalma müşahidə edilib – ötən ayla müqayisədə 1,8 faiz.




Xəbərin oxunma sayı : 3388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap