Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dövlət başçısının kabinetində çılpaq qızların rəqsi – Kreml bu məzhəkəyə niyə göz yumub

Tarix 09.03.24, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Sovet dövründə kommunistlərin əxlaq məsələsi əsas göstəricilərdən biri sayılıb. Hətta nikahın rəsmi pozulması, boşanma faktları kommunistlərin yüksək vəzifəyə təyinatında, yaxud da vəzifəsində qalmasında böyük problemlər yaradıb. Maraqlı faktlardan biri odur ki, bu yazılmamış qanun bəzi hallarda yüksək ranqlı dövlət məmurlarına tətbiq edilməyib. Mixail Kalinin isə Stalin hakimiyyətinin sərt rejimində ümumiyyətlə bu məsələyə məhəl qoymayıb, öz yüngül həyat tərzini dəyişməyə cəhd etməyib.

Qeyd edək sovet dövründə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini daşıyan faktiki olaraq dövlət başçısı sayılıb. Bütün fərman və qanunlar onun imzası ilə təsdiqlənib. Bu vəzifənin ən uzunömürlü sahibi isə Kalinin olub. O, 1919-cu ildən ömrünün sonuna, 1946-cı ilə qədər bu vəzifəni daşıyıb.

Ən yüksək kürsüdə əyləşməsinə baxmayaraq Kalinin heç vaxt ciddi siyasi fiqur kimi tanınmayıb.  Onun heç vaxt siyasi təşəbbüskarlığı olmayıb, müzakirəyə çıxarılan məsələlərdə o, yalnız Stalinin fikirlərini dəstəkləyib. Əslində Kalininin siyasi mütiliyi Stalin üçün sərfəli olub. Belə ki, o, ölkənin birinci şəxslərindən biri kimi  siyasi proseslərə müdaxilə etməyib, problem yaratmayıb, Kreml qruplaşmalarında Stalinin əleyhinə getməyi ağlına belə gətirməyib.

6af7a58aa4.jpg (116 KB)

Kalininlə Stalinin tanışlığı hələ 1901-ci ildən başlayıb. Onun 20-ci əsrin əvvələrində inqilabi fəaliyyətini Lenin və Stalin yüksək qiymətləndiriblər və zaman-zaman Kalinin ən yüksək vəzifələrə təyinat alıb.

Gənclik illərindən fərqli olaraq Kalinin SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr seçildikdən sonra siyasi səhnədəki fəallığını məhdudlaşdırıb. Müasirlərinin təbirincə desək o, Stalinin əl buyruqçusuna çevrilib.

Kalinin siyasi səhnədə fəaliyyətini məhdudlaşdırsa da Böyük Teatrın səhnəsində fəallığı ilə ad çıxarıb. O, dövlət tədbirləri zamanı keçiriləcək konsert proqramlarına əvvəlcədən nəzarət edib, proqramla tanış olub, hətta məşqlərdə iştirak edib. Məqsəd heç də Stalinə nümayiş olunacaq konsertin daha maraqlı və xoşagələn olmasını təmin etmək olmayıb. Kalinin sadəcə özünü gənc aktrisaların arasında çox “xoşbəxt” hiss edib.

Məşqlər zamanı Kalinin minnətdarlıq əvəzi olaraq gənc xanımların əllərindən, bir çox hallarda isə balerinaların çılpaq çiyinlərindən öpüb. Hər dəfə məşqlərə gələndə onlara kiçik hədiyyələr, şokolad, alt geyimləri, kiçik yumşaq oyuncaqlar gətirib, onların problemləri ilə maraqlanıb və dərhal bu problemləri həll edib. Sonra isə onları bir-bir bağ evinə, bəzən isə kabinetinə dəvət edib. Gənc xanımların çoxu bir öpüşə, bir sığala bir çox problemlərini həll ediblər. Kalinin daha çox balerinalar lütlənib kabinetindəki tünd yaşıl üzlü iş masasının üzərinə çıxaraq rəqs edəndə xoşhallanıb. Bu rəqs məzhəkəsindən məmurlar da xəbərdar olublar. Amma kimsə qoca kommunistin əyləncəsinə “zəhər” qatmaq istəməyib. Çünki onlar da yaxşı biliblər ki, gec-tez bu ehtiras Kalininin sonuna çıxacaq.

5896948938e806cc5cc7d04a1b596af6.jpg (163 KB)

Acı sonluğu Kalininə əvvəlcə 16 yaşlı Bella Uvarova yaşadıb. O, Kalininin kabinetinə dəvət olunanda qoca bolşevikin çılpaq rəqs etmək təklifini rədd edib. Uvarova Kalininin bu rəqsin sonundakı məqsədini yaxşı anlayıb və onun caynağından çətinliklə qurtula bilib. Elə həmin günün axşamı 16 yaşlı balerinanın meyiti Moskva ətrafında tapılıb. Meyit elə bir tanınmaz halda olub ki, hətta valideynləri qızlarını tanımaqda çətinlik çəkiblər. Hadisə ilə bağlı cinayət işi açılıb. O da məlum olub ki, Bella Uvarova qətlə yetirildiyi gün Kalininin kabinetində olub. Amma cəmisi iki gündən sonra, istintaq işi başa çatmamış balerinanın valideynləri xarici kəşfiyyatın agentləri kimi “xalq düşməni” elan edilərək güllələniblər və bununla da iş bağlanıb, Kalinin “çevikliyi” sayəsində sudan quru çıxıb.

Bu hadisə Kalinin üçün dərs olmayıb. Onun növbəti hədəfinə bağ qonşuluğunda yaşayan marşal Yeqorovun həddi-buluğa çatmayan yaxın qohumu düşüb. Kalinin elə öz bağında, bütün ailə üzvləri evdə olarkən marşalın qohumunu zorlayıb. Bu hadisə Stalinə də məruzə edilib. Stalin bu dəfə də köhnə silahdaşını əfv etsə də onun həyat yoldaşını, Yekaterina İvanovnanı həbs etdirərək 15 illik sürgünə göndərib. Cəzanın tətbiqi belə əsaslandırılıb ki, Kalininin həyat yoldaşı azyaşlı qızın zorlanmasında həyat yoldaşına şərait yaradır. Amma rəsmi sənədlərdə cəzanın səbəbi Kalininin həyat yoldaşının əksinqilabçı olması göstərilib.

scale_1200.jpeg (55 KB)

Böyük səs-küyə səbəb olan bu hadisədən sonra Böyük Teatrın aktrisaları Kalinindən uzaq gəzməyə çalışıblar. Digər bir tərəfdən Kalininin fiziki imkanları da onu ürəyindən keçənlərdən yavaş-yavaş məhrum etməyə başlayıb. Kalinini fiziki zəifliyi çox məyus edib və bu haqda o, ciddi düşünməyə başlayıb.

Kalinin xalq təbabəti ilə məşğul olan köhnə tanışını yanına dəvət edib. Cinsi zəifliyi ilə bağlı problemlərini ona danışıb. Loğman köməyini əsirgəməyib. O, Kalininə məsləhət görüb ki, həftədə bir dəfə 5-10 dəqiqə ağzı açıq olan arı qutularının üstündə oturmalıdır. Belə ki, arıların insanının arxa hissəsini çalması cinsi gücü artırır.

Kalinin loğmanın bu “resept”indən razı qalıb. Köhnə gücə malik olmaq üçün hər şeyə hazır olan köhnə bolşevik bağına iki-üç arı qutusu gətizdirib və şalvarını aşağı çəkərək açıq qutunun üzərində oturub. Bu onun birinci və sonuncu “tibbi proseduru” olub. Bir neçə gün stulda otura bilməyən Kalininin ağrıları Kremlə qədər gedib çatıb. Stalin bu hadisəyə bir az əsəbi, bir az da istehzalı reaksiya verib:

“Ehtirası keçi qocaldıqca ağlını itirir, bu haqda düşünmək lazımdır...”

Amma düşünməyə ehtiyac qalmayıb. 1945-ci ilin əvvəllərində Kalininin səhhətində ciddi problemlər yaranıb, o, bağırsağından əməliyyat olunub. Ancaq əməliyyat müsbət nəticə verməyib. Xərçəng xəstəliyi Mixail Kalinini əldən salıb, o, iş qabiliyyətini də itirib. Ömrünü son aylarını xəstəxanada keçirən ehtiraslı dövlət başçısı 1946-cı ildə 70 yaşında vəfat edib.

Maraqlı məqamlardan biri budur ki, Rusiya Federasiyası ərazisində 3358 meydan, prospekt, küçə və müxtəlif obyektlər iş masasının üstündə çılpaq qızları oynadan, əxlaqsızlığı ilə “ehtiraslı keçi” ləqəbini qazanan Kalininin adını daşıyır.

Musavat.com



Xəbərin oxunma sayı : 616




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap