“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Döyüşdürülən itlərin saxlanıldığı yerdən dəhşətli görüntülər - VİDEO

Tarix 29.05.20, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Aparılan əməliyyat tədbirləri nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. 

Baku.Tv xəbər verir ki, onlardan 4-ü Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Qaldırılmış cinayət işi üzrə hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurovun sözlərinə görə bu məsələ müxtəlif videolar əsasında artıq 2 il imiş ki, araşdırılırmış.
 

“Biz o videolarda müşahidə edirdik ki, itlər ölümünə dalaşırlar. Hansısa bir it mütləq ölür. Ayırma söhbəti yoxdu. Və öz araşdırmamız nəticəsində əldə edilən məlumata görə bildik ki, bu qumar oyunlarıdı. “ - Azərbaycan heyvanların mühafizəsi ictimai birliyinin sədr müavini Fərid Mansurov
 
Birliyin araşdırmasına görə narkotik vurulan itlər əsasən küçə itləri üzərində sınaqdan çıxarılırmış. Döyüşdə “Pitbull” küçə itini öldürdükdən sonra isə cəsəd doğranılaraq cavan döyüş itlərinə yedizdirilirmiş. Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar.

Artıq döyüşlərində istifadə olunan “american stuff” və “pitbull” cinsli itlər mühafizə olunaraq, sığınacağa yerləşdirilib. Sumqayıtda fermada saxlanılan səkkiz cins it ərazidən götürülərək, İDEA İctimai Birliyinə aparılıb. Sözügedən məkandan çəkilmiş videodan görünür ki, orada itlər üçün xüsusi rinq hazırlanıb və onlar yarıtikililərdə saxlanılıblar. Həyətdə itlərin qarşısına atıldığı ehtimal edilən heyvanların skeletləri də aşkarlanıb.






Xəbərin oxunma sayı : 535




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap