Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Dəniz quldurlarının nəhəng gəmiyə hücumu: Rusiya hərbi gəmisi köməyə getdi

Tarix 26.10.21, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Qvineya körfəzində dəniz quldurları Panama bayrağı altında üzən konteynerdaşıyan gəmiyə hücum edib. 

Virtualaz.org xəbər verir ki, heyət SOS siqnalı verib və gəminin türməsində (alt hissəsində) gizlənib. Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanmasının regionda üzən gəmilərindən biri köməyə gedib və gəmidən qalxan vertolyot quldurların hücumuna məruz qalan gəmiyə yaxınlaşıb. Bunu görən dəniz quldurları gəmini tərk edərək motorlu qayıqlarla sürətlə sahilə doğru üzüblər.

Dəniz təhlükəsizliyi mövzusu üzrə ixtisaslaşmış “Dryad Global” portalının yazdığına görə, insident ötən gün oktyabrın 25-də baş verib. Bildirilir ki, “MSC Lucia” konteynerdaşıyan gəmisi Nigeriyanın Qvineya körfəzindəki iri neft terminalı Aqbamidən 86 dəniz mili məsafədə quldurların hücumuna məruz qalıb. Hücuma məruz qalan gəmiyə Rusiya donanmasının “Vitse-admiral Kulakov” gəmisi köməyə gedib.

“Saat 13 radələrində Rusiya gəmisi  Toqo respublikasından Kameruna gedən “Lucia” konteynerdaşıyanından SOS siqnalı alıb. Gəminin sürətli katerlərlə hərəkət edən naməlum silahlılar tərəfindən ələ keçirilməsi cəhdi haqda xəbər verilib”, - Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu insidentlə bağlı bildirir.

Gəmiyə hücum edən piratlar

Köməyə gedən Rusiya gəmisindən göyərtəsində dəniz piyadaları olan  Ka-27PS vertolyotu havaya qaldırılıb. Vertolyot yaxınlaşanda quldurlar gəmini tərk ediblər və tam sürətlə sahilə doğru üzüblər. Vertolyotun nəzarət uçuşundan sonra hərbi gəmi konteynerdaşıyana yaxınlaşıb, göyərtəyə antiterror qrupu çıxarılıb. Hərbçilər gəmiyə baxış keçiriblər və heyət üzvlərini maşın zalından çıxarıblar.

Qvineya körfəzində dəniz quldurlarının ticarət gəmilərinə hücumları tez-tez baş verir. Bu bölgə mülki gəmilər üçün ən təhlükəli marşrutlar siyahısındadır.








Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap